Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:14

Gürcüstan Şimali Qafqaz xalqlarına qapılarını açdı


Oktyabrında 13-dən Şimali Qafqazın kiçik respublikalarının vətəndaşları Gürcüstana vizasız gedə biləcəklər. Qərar Rusiya Federasiyası subyektləri olan Çeçenistan, İnquşetiya, Şimali Osetiya, Dağıstan, Kabardin-Balkar, Qaraçay-Çərkəz və Adıgey respulbikalarına aiddir.

Onlar 90 gün Gürcüstanda vizasız qalmaq üçün adı çəkilən həmin respublikalardan birində yaşadıqlarını sübut edən hər hansı bir sənəd göstərməlidirlər.

Gürcüstan Daxili İşlər Nazirliyi yaydığı rəsmi məlumatda bildirir ki, sərhədi keçərkən onlara mümkün olan ən rahat şərait yaradılacaq.

Nazirlik bildirib ki, Gürcüstan bu qərarla Şimali Qafqazın korrupsiyalaşmış federal rejimlərindən əziyyət çəkən vətəndaşlarına Gürcüstanda yaşamaq, təhsil almaq, biznes qurmaq imkanı vermək istəyir.

2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında qısamüddətli müharibədən sonra Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələr və gediş-gəliş kəsilib. Həmin müharibədən sonra Moskva Gürcüstanın separatçı bölgələri olan Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb.
XS
SM
MD
LG