Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:25

Məzahir Pənahov MSK sədrliyindən gedəcəkdi?


Məzahir Pənahov
Məzahir Pənahov
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun qardaşı, iqtidaryönlü Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) İdarə Heyətinin üzvü Tariyel Pənahov parlament seçkilərində iştirak etməyəcək.

DADP sədri Məmməd Əlizadənin AzadlıqRadiosuna verdiyi məlumata görə, Tariyel Pənahovun 45 saylı Abşeron seçki dairəsindən namizədliyini irəli sürmək partiya üzvlərinin təşəbbüsü olub:

«Amma Tariyel Pənahov özü seçkilərə qatılmaq istəmədiyini deyib və adı namizədlər siyahısından çıxarılıb. Həmin dairədən biz başqa namizəd irəli sürmüşük».

Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov deyir ki, MSK sədrinin qardaşının seçkilərə qatılması qanuna zidd deyil. Amma bu halda mütləq Məzahir Pənahov MSK sədrliyindən getməliydi. Amma müvəqqəti.

Yəni Seçki Məcəlləsinin 22.1-ci maddəsinə uyğun olaraq MSK sədri seçkilər başa çatanadək tutduğu vəzifədən getməli, müvəqqəti olaraq onu başqa bir şəxs əvəzləməliydi. Yalnız seçkilər başa çatıb, nəticələr elan olunduqdan sonra o işinin başına qayıda bilərdi.

Ekspertlər ehtimal edir ki, görünür, bu üzdən də Tariyel Pənahov seçkilərə qatılmaqdan imtina edib.

Həmçinin oxu:


Qohum-əqrəba parlamenti?
XS
SM
MD
LG