Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:49

Margelov: «Qlavnoe, xiyar-pomidor var...»


Mixail Margelov
Mixail Margelov
Rusiyanın bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığı genişləndirmək barədə saziş bağlamasından sonra Bakıda Kremlin açıq-aşkar Azərbaycana qarşı siyasət yürütməyə başlamasını deyənlər az olmadı.

Amma Rusiya Federasiya Şurasının xarici əlaqələr komitəsinin sədri Mixail Margelov Azadlıq Radiosunun müxbirinin sualını cavablandırarkən belə yanaşmaları qəbul etmədiyini deyir, söhbətinə də Azərbaycan sözlərini işlətməklə - zarafatla başlayır.

“Otnaşeniya prekrasnıye. Qlavnoe çto, v Moskovskix maqazinax xiyar-pomidor var”.

Azərbaycanın Rusiya bazarlarına tərəvəz ixrac etməsi iki ölkə arasında münasibətlərin göstəricisi sayıla bilərmi? Azadlıq Radiosunun müxbiri - Mixail Margelovla NATO-nun Riqa konfransı zamanı söhbətləşib.

Tədbir zamanı da ona sual verib ki, “Rusiya bir tərəfdən Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edir, o biri tərəfdən Azərbaycan torpaqlarını işğal etmiş ölkəylə hərbi əməkdaşlığı genişləndirir.

Bakıda bir çoxları sual edir ki, belə olduqda

RUSİYA MÜNAQİŞƏNİN HƏLLİNƏ NECƏ OBYEKTİV VASİTƏÇİLİK EDƏ BİLƏR?”


- Rusiyanın həm Azərbaycan, həm Ermənistan, həm də Türkiyə ilə gözəl münasibətləri var. Rusiyanın həm Azərbaycan və Ermənistanla müttəfiqlik münasibətləri mövcuddur.

Mən düşünmürəm ki, Rusiyanın Qarabağ münaqişəsinin həllində obyektiv vasitəçilik etməsinə mane ola biləcək hansısa məqam var. Rusiyanın nə Azərbaycana, nə də Ermənistana aqressiv münasibəti var.

Biz Bakıyla Yerevan arasında münasibətlərin normallaşmasına çalışırıq. Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə cəhdlər edirik.

Biz hesab edirik ki, keçmiş sovet məkanındakı donmuş münaqişələr təhlükəlidir.

Onlar həll edilməmiş münaqişələrdir.

Buna görə də biz düşünürük ki, ermənilər və azərbaycanlılar arasında danışıqları, hər cür kontaktları dəstəkləmək lazımdır. Biz Azərbaycanla Ermənistan arasında dialoqu dəstəkləyirik.

Mən 5 il Azərbaycanın hazırkı prezidenti İlham Əliyevlə bir yerdə Avropa Şurası Parlament Assambleyasının üzvü olmuşuq.

İlham Əliyev o zaman Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin sədri idi. Bizim gözəl işgüzar münasibələrimiz var. Bizim erməni həmkarlarımızla da gözəl münasibələrimiz var.

Məncə Rusiya getdikcə Dağlıq Qarabağ münaqişəsinin həllində daha geniş rol oynayacaq. Çünki

BİZ HƏQİQƏTƏN DƏ MÜNAQİŞƏNİN HƏLLİNİ İSTƏYİRİK

- Bəziləri düşünür ki, Azərbaycanla Rusiyanın münasibətləri ölkələrin maraqlarından daha çox dövlət rəhbərlərinin şəxsi münasibətlərinə əsaslanır.

- Əvvəla doğrudan da bizim İlham Əliyevin komandası ilə gözəl münasibələrimiz var.

Mən onu müdrik və düz adam kimi tanıyıram. Özü də çoxdan tanıyıram. Onunla dostluq münasibələrimin olduğunu demək şərəfinə nail olmuşam.

Onun gözəl komandası var. Bilirsizmi necədi? Siyasətdə nəsil dəyişməsi deyilən şey Azərbaycanda daha tez baş verib. Rusiyada bu hazırda baş verməkdədir.

Hər dəfə Bakıya gələndə şəhərin necə müasirləşməsinə heyran olursan. Bakı sovet dövründə də Qafqazın incisi idi. İndi isə sadəcə füsunkar bir Avropa paytaxtıdır.

- Tənqidçiləri deyir ki, İlham Əliyev diktatordur, ölkəni demokratik yox, avtoritar metodlarla idarə edir, parlament müstəqil deyil...

- Məncə Bakıda mətbuat kifayət qədər yaxşı inkişaf edib.

Mən hər dəfə Bakıda olanda həm ingiliscə, həm də rusca çıxan Azərbaycan qəzetlərini, o cümlədən müxalifət qəzetlərini oxuyuram. Mən deyə bilmərəm ki, sizdə söz azadlığı yoxdur. Sizdə söz azadlığı var.

O başqa məsələdir ki,

MÜXALİFƏTİN İŞİ TƏNQİD ETMƏKDİR

və bu həmişə belə olacaq.

Amma Avropa Şurası Parlament Assambleyasının üzvü olanda sizin bir çox deputatlarınızla ünsiyyətim olub.

Onlar arasında müxalifətçi deputatlar da vardı, onlar arasında çox kəskin debatlar gedirdi. Mənə elə gəlir ki, sizdə - Azərbaycanda siyasi mədəniyyət yüksəkdir.

Margelov 2002-2009-cu illər arasında Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olub.
XS
SM
MD
LG