Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:38

Çəmənzəminlini əvvəl tərifləyib sonra söyən tənqidçi


Yusif Vəzir
Yusif Vəzir
“Kommunist” qəzetinin 1937-ci il 10 aprel tarixli sayında Ə. Hidayət imzalı müəllif Yusif Vəzir Çəmənzəminlinin “Studentlər” romanını kəskin tənqid edib. Məqaləni ixtisarla təqdim edirik.


“ƏDƏBİYYATDA KONTRREVOLUSİON SARSAQLAMA ƏLEYHİNƏ

Revolusion fəaliyyət dövründə qorxu bilməyən mərd oğulların obrazlarını yaratmaq yazıçılarımız üçün bu gün belə ən aktual, ən ciddi və maraqlı bir tema olaraq qalmaqdadır.

Ancaq bizdə bəzi yazıçılar var ki, bu temanın ciddiliyinə və əsl mahiyyətinə göz yumaraq, bu temadan başqa yolda istifadə etmişlər.

Yusif Vəzirin bu əsəri özünün çılpaq, şəhvət oyadan erotik təsvirləri ilə oxucuların zövqünü və əxlaqını pozmağa doğru çevrilmişdir.

Bu əsər Azərbaycan əməkçilərinə yabançı, çürük, osmanlı və ərəb-fars sözləri, ifadə və tərkibləri ilə doludur.
Yusif Vəzir özünün “Studentlər” əsərində (Azərnəşr 1935-ci il) Oktyabr sosialist revolusiyasına, bu revolusiyanı yaradan qəhrəman rus proletariatına və revolusiya hərəkatının Lenin və Stalin kimi dahi rəhbərlərinə sağlam dünyagörüşü ilə yanaşmamış, daha doğrusu bunları bizə düşmən cəbhədən qiymətləndirməyə çalışmışdır.

Yusif Vəzir öz əsərində 1917-ci il hadisələrinə, kəskin sinfi mübarizə və vətəndaş müharibəsi şəraitində revolusiyanın qalibiyyətinə qarşı siyasi duyğusuzluq və korluq göstərərək, revolusiyanın daxili hərəkət verici qüvvələrini aça bilməmiş, işçi sinifi və əməkçi kəndli kütlələrinin rolunu başdan-başa təhrif etmiş, bolşevik təşkilatının fəaliyyətini və Leninin revolusiyadakı rəhbərliyini açıqdan açığa inkar etmişdir.

Yusif Vəzir öz əsərində dünyanı sarsıdan bu revolusiyada Leninin və Stalinin dahiyanə rəhbərliyini qəti surətdə qeyd etməmişdir.

Yazıçıya görə Lenin bu hərəkatda özünün yalnız bircə çıxışı ilə məşhurdur.

Yazıçı sadədil oxucuları inandırmağa çalışır ki, Leninin bolşevik təşkilatına və revolusion mübarizəyə dəvət etdiyi işçi və kəndlilərdə heç bir şüur və iradə olmamışdır.

Onlar revolusiya axınına düşüncəsiz, başıpozuq və qeyri iradi bir halda qoşulmuşlar.

Heç təsadüfi deyil ki, 250 səhifəlik bu böyük romanda bir nəfər olsun müsbət, düşüncəli, sağlam ideyalı obraz yoxdur.

“Studentlər” əsəri hər cəhətdən müəllifin kontrrevolusion cəfəngiyatına müvafiq qurulmuşdur.

Bu əsər Azərbaycan əməkçilərinə yabançı, çürük, osmanlı və ərəb-fars sözləri, ifadə və tərkibləri ilə doludur.

Demək lazımdır ki, “Studentlər” əsərində bu zərərli təsir çox qorxulu və təhlükəli haldır.

Yusif Vəzirin bu əsəri özünün çılpaq, şəhvət oyadan erotik təsvirləri ilə oxucuların zövqünü və əxlaqını pozmağa doğru çevrilmişdir.

Bu əsər Yusif Vəzirin öz yaradıcılığında hələ bu günə qədər kontrrevolusion – müsavat ideyalarına nə dərəcədə sadiq qaldığını aydın göstərir.

Bu əsərin redaktorluğunu edən M.K.Ələkbərli yoldaşın belə kontrrevolusion və antisovet bir kitabı geniş kütlə arasına heç bir dəyişiklik etmədən buraxması da çox təəccüblüdür.

Redaktor buna cavab verməlidir.

Bədii ədəbiyyatı sosializm quruluşunun bu günki yüksək tələbləri xidmətinə vermək üçün hər şeydən əvvəl ədəbiyyat mühitinin havasını dəyişməli, siyasi sayıqlığı artırmalı, xaltura və ədəbi braka qarşı amansız mübarizə açmalıdır.”

"Kommunist" qəzeti


Yusif Vəzir 1940-cı il yanvar ayının 25-də həbs edilir.

Onu, altı aya yaxın Keşlə həbs düşərgəsində saxladıqdan sonra 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərirlər.

Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat edir.

Üstündən heç bir ay keçməmiş yuxarıda qeyd olunan tənqidi məqalənin müəllifi Hidayət Əfəndiyevin (1908-1979) özü barəsində “Kommunist” qəzetinin 1937-ci ilin 6 may tarixli sayında “İki üzlü tənqidçi haqqında” adlı məqalə yer alıb.


İKİÜZLÜ ADAM ƏN QƏDDAR DÜŞMƏN QƏDƏR QORXULUDUR

Çoxdan bəri hər yerdə özünü tənqidçi kimi qələmə verən Hidayət Əfəndiyev bundan hələ heç bir nəticə çıxarmamışdır.

H.Əfəndiyev hazırda yazıçılar ittifaqı və “Ədəbiyyat qəzetinin” tənqid seksiyasının rəhbəridir.

H.Əfəndiyevin son 5-6 ay müddətində verdiyi 3-4 məhsulun dolaşıq olduğunu ittifaq hələ bu vaxtadək aydınlaşdırmamış, aydınlaşdırmışsa da ört-basdır etmişdir.

H.Əfəndiyev son iki yazısında oxucuları çaş salmışdır. O, yazılardan biri Çəmənzəminlinin “Studentlər”i haqqında olan ikiüzlü tənqiddir.

Yazıçı Çəmən Zəminli üç-dörd ay əvvəl tamamilə ifşa edilməmişdi.

Onun səhvləri bütünlüklə aşkara çıxarılmamışdı. Tənqidçi Hidayət o vaxt Çəmənzəminlini məşhurlaşdırmaq fikrinə düşür.

O, 1936-cı il noyabrın 7-də “ Ədəbiyyat qəzeti”ndə “Nəsrimiz yüksək keyfiyyət yollarında” başlığı ilə “Studentlər” haqqında bir yazı buraxır.

Bu yazıda deyir: “Çəmənzəminlinin “ Qızlar bulağı” və “Studentlər” əsərinin bu son ildə çapdan çıxmış ikinci hissəsi də tarixi janr yolunda atılmış müvəffəqiyyətlərdən biridir.”

Bir az sonra məsələ ciddiləşir, oxucular “Studentlər” haqqında müəyyən rəylər deyirlər.

Tənqidçi H. Əfəndiyev təşvişə düşür, məsələnin üstünün açılmasını görüncə “Kommunist” qəzetinin 1937–ci il 10 aprel tarixli nömrəsində “Ədəbiyyatda kontrevolusion sarsaqlama” adı ilə məqalə dərc etdirir.

Yuxarıdakı təriflə son tənqidi müqayisə edən hər kəs Hidayətin ikiüzlü olduğunu asanlıqla görər.

Əsl məsələ Hidayətin ikiüzlülüyü özünə peşə etməsidir. Məsələn, Hidayətin bu yazısını verirkən, “Kommunist” qəzetinin siyasi qayğısızlıq göstərib, həmin yazının altında onun iç üzünü açmamasıdır.

“Kommunist” qəzeti buna göz yumaraq, onun hərəkətlərinə vaxtında qiymət verə bilməmişdir.

Həmçinin oxu
Səməd Vurğunu Yazıçılar İttifaqının katibi vəzifəsindən niyə çıxardılar?
“Müsavatçıların əl tulası olan Müşfiq...”
Hüseyn Cavidi - Cəfər Cabbarlı da "vururdu"...
Bicliyi oldu əyan ölkəyə Əhməd Cavadın...
XS
SM
MD
LG