Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:26

«Ermənistan suverenliyinin son işartıları ilə də vidalaşdıq»


Ermənistan və Rusiya ordusu birgə təlim keçir.
Ermənistan və Rusiya ordusu birgə təlim keçir.
Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığı yeni bir şey deyil.

Ermənistanın özündə də iqtidarlı-müxalifətli siyasi qüvvələrin çoxu bu əməkdaşlığı – ölkənin təhlükəsizliyi üçün vacib sayır.

Amma iki ölkə arasında hərbi əməkdaşlığın genişlənməsi haqda son xəbər hətta Yerevandakı bəzi müxalifət qüvvələrinin və siyasi, hərbi ekspertlərin ciddi narahatlığına səbəb olub.

Onlar düşünürlər ki, yaxın günlərdə imzalanması gözlənilən yeni saziş Ermənistanın Rusiyadan asılılığını daha da artıracaq – Rusiya Ermənistanın təhlükəsizliyi ilə bağlı verilən qərarlarda daha böyük rol oynamağa başlayacaq.

RUSİYA GÜMRÜ BAZASINDAN 2044-CÜ İLƏ QƏDƏR İSTİFADƏ EDƏCƏK

İş o yerə çatıb ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan məsələyə münasibət bildirməli olub. O deyib ki, narahatlığa əsas yoxdur.

“Ermənistan Respublikası müstəqil dövlətdir və onun silahlı qüvvələri ölkənin təhlükəsizliyini təmin etmək gücündədir.

Rusiya kimi strateji müttəfiqimizlə müxtəlif istiqamətlərdə ikitərəfli münsibətlərin inkişafı yalnız alqışlana bilər”.

Ermənistan və Rusiya hökumətləri avqustun 30-da saziş bağlayacaqlar və Rusiyanın Gümrüdəki hərbi bazasına – orada 4000 rus əsgəri var - Ermənistanın təhlükəsizliyinin qorunmasında daha geniş səlahiyyətlər veriləcək.

Gümrüdəki hərbi bazada S-300 raketi
Yeni saziş 1995-ci ildə bağlanan Rusiya-Ermənistan müqaviləsinə əlavələri nəzərdə tutur. Rusiya ordusunun Ermənistandakı mandatı 2020-ci ildə başa çatmalıdır və əlavələr həmin mandatı daha 24 illiyinə uzadacaq.

Baqdasaryan onu da deyib ki, bəzi siyasi qüvvələr bu məsələdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar.

İRAN MƏSƏLƏSİ İLƏ ƏLAQƏ?

İnterfaks agentliyi isə xəbər verir ki, Rusiya təkcə Ermənistanın təhlüksəziliyinin qorunmasında iştirak etməyəcək, həm də Ermənistanı müasir silah-sursatla təchiz edəcək.

“Bu saziş Ermənistana heç nə verməyəcək”.

Bunu Azadlıq Radiosunun Ermənistan xidmətinə müsahibəsində Ermənistan Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin eksperti Ruben Meqrabyan deyib.

“Bu sazişlə biz Ermənistan suverenliyinin son işartıları ilə də vidalaşdıq”.

Sazişin niyə məhz indiyə təsadüf etməsi məsələsinə gəlincə, Meqrabyan deyib ki, hazırda İran ətrafında gərginlik artmaqdadır və Rusiya Cənubi Qafqazda mövqelərini daha da möhkəmləndirməyə çalışır.

Başqa bir erməni eksperti Aleksandr İskandaryan isə deyir ki, Ermənistanın təhlükəsizliyinə başqa heç bir qüvvə Rusiya qədər zəmanət verməz. O cümlədən NATO.

Ona görə də İskandaryan sazişi Ermənistan üçün mühüm sayır.

Onun fikrincə, Rusiya bu yolla Cənubi Qafqazda qüvvələr balansını qorumağa çalışır. “Bu, həm Türkiyəyə, həm də Azərbaycana mesajdır”.

Azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, Ermənistanın Rusiyayla daha da yaxınlaşması

Üzeyir Cəfərov
AZƏRBAYCANDA HƏRBİ SAHƏDƏ UĞURLARLA BAĞLIDIR


“Azərbaycan son illərdə öz müdafiə sənayesinin gücləndirir, yeni silahlar istehsal edir. Bundan başqa xaricdən silah-sursat alır.

Ermənistanda bunu narahatlıqla izləyirlər və Azərbaycana psixoloji təsir etmək üçün gurultulu bəyanatlar verirlər.

Rusiya ilə hərbi əməkdaşlığın genişlənməsi də Azərbaycanın hərbi gücünün artmasına cavabdır.

Amma onların bütün bunlarla nəyəsə nail olacağını düşünmürəm”.
XS
SM
MD
LG