Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:44

«Heyət qapını vaxtında açmayıb»



İstanbul hava limanı Azərbaycan Hava Yollarına məxsus təyyarənin sərnişinlərinin evakuasiyası üçün yardımı vaxtında çatdırıb. Amma heyət vaxtında fövqəladə çıxış qapısını açıb ehtiyat sürüşkəni endirmədiyi üçün sərnişinlər təyyarənin içindəki istidə gözləməli olublar.

Bunu AzadlıqRadiosuna İstanbul hava limanının rəsmisi bildirib.

Hava Limanının müdiri Cəlal Özuğur deyib ki, sərnişinlərin həddindən artıq qızmış salonda gözləməsinə səbəb qapının vaxtında açılmaması olub:

«Bizdən nərdivan istədilər. Nərdivan dərhal gələ bilməz. 5 dəqiqə gözləmək lazım gəlir. Halbuki nərdivan istənməməli idi. Dünya havaçılıq təhlükəsizliyi gərəyilə slaydların (sürüşkənlərin) açılması lazım idi».

Cəlal Özuğur deyib ki, təyyarənin salonunda yanğın da baş verə bilərdi və o, uçuş heyətinin bu təhlükə qarşısında sərnişinləri uçaqdan vaxtında endirməməsinin səbəbini anlamadığını deyib.

Azərbaycan Hava Yollarının Aerobus 319 təyyarəsi avqustun 12-də İstanbulda qəzaya uğrayıb. Uçaqda 2-si uşaq olmaqla 121 sərnişinin və 7 nəfərlik uçuş heyətinin olduğu bildirilir.
XS
SM
MD
LG