Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:26

Orucluq avqustun 11-də başlayır


Ramazan bayramı sentyabrın 9-u və ya 10-a təsadüf edəcək
Ramazan bayramı sentyabrın 9-u və ya 10-a təsadüf edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.

Bu münasibətlə Qazılar Şurasının iclası keçirilib.

Qeyd olunub ki, Ramazanının ilk günü bu il avqust ayının 11-ə təsadüf edir. Avqustun 10-u orucluğun niyyət gecəsidir. Şəvval hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı sentyabrın 9-u və ya 10-a təsadüf edəcək:

«Uca Allah bu mübarək ayda insanlara daha çox savab qazanmaq, günahlarının bağışlanması üçün imkan yaradır, qəlblərində xoş əməllərə meyli artırır, nəfsə və şərə qalib gəlməyin yollarını göstərir».

Bildirilib ki, QMİ Ramazan orucunu tutanlara kömək məqsədilə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb:

«Oruc və namaz vaxtlarını ayrı-ayrı qurumlar tərəfindən hazırlanan, təfriqə yaradan cədvəllərə deyil, Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə hazırlanan, elmə əsaslanan cədvələ müvafiq nizamlamağı tövsiyə edirik. Cədvələ riayət olunmasının təmini qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, Axundlara, imamlara həvalə olunur» .

QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-a, 20-dən 21-ə, 22-dən 23-ə, 24-dən 25-ə və 26-dan 27-ə keçən gecələrə təsadüf edir. /APA/
XS
SM
MD
LG