Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:43

Terrorun yeni hədəfi: su-elektrik stansiyası


«Elektrik enerjisi verilməsi tamamilə dayanıb. Birinci və ikinci generatorlar yanıblar»
«Elektrik enerjisi verilməsi tamamilə dayanıb. Birinci və ikinci generatorlar yanıblar»
...Səhər tezdən su–elektrik stansiyasına naməlum adamlar giriblər, iki gözətçini öldürüblər, bir saat sonra ilk partlayış olub. Daha sonra ikinci partlayış.
Generatorların birində yanğın başlayıb...

Bunlar iyulun 21-i səhər saat 4:20-də Rusiyanın Baksan su-elektrik stansiyasında baş verib.

SES-in direktoru Valeri Şoqenov deyir: «Elektrik enerjisi verilməsi tamamilə dayanıb. Birinci və ikinci generatorlar yanıblar».

Federal Təhlükəsizlik Xidməti olan FSB bildirir ki, hücum edənlər 4 nəfər olub. Onlar gözətçiləri öldürəndən sonra turbinlərin içinə bombaları yerləşdiriblər.

Stansiyanın işçiləri hücum edənlərə müqavimət göstərmək istəyiblər. Ancaq onları döyüblər, birini isə bıçaqlayıblar. Bunu SES-in mətbuat xidmətinin rəhbəri Alim Balkizov deyib.

TERRORUN YENİ TAKTİKASI

Rusiyanın terror əleyhinə qurumları bildirirlər ki, bu, diversiya və terrordur. Onlar çeçen lideri Umarovun məlum bəyanatını xatırladırlar. Doku Umarov elan edib ki, bundan sonra Rusiyanın enerji kəmərlərini və elektrik stansiyalarını hədəfə alacaqlar. İqtisadi müharibə başlanır.

Rusiyalı təhlilçi Qriqori Şvedov «Reuters» agentliyinə deyib ki, bu, taktikanın dəyişməsidir.

Ancaq onun sözlərinə görə, Sayano-Şuşenskoe SES-indəki dağıntıdan sonra belə hücumu gözləmək olardı. Təhlilçinin fikrincə,
Baksan su-elektrik stansiyası, 21 iyul 2010
indi terrorçular Rusiyanın iqtisadi infrastrukturuna hücumlara başlayacaqlar.

UMAROV DEYİRDİ Kİ, SAYANO-ŞUŞENSKOE STANSİYASINI DA ONLAR DAĞITDI

Amerikanın terrorçular siyahısına bu yaxınlarda saldığı Umarov Sayano-Şüşenskoe su-elektrik stansiyasındakı qəzanı da onun dəstəsinin törətdiyini deyir. Ancaq Kreml bu iddianı rədd edir ya da etiraf etmək istəmir.

Yerli milisdən AzadlıqRadiosuna deyirlər ki, SES-ə hücumun diversiya-terror olmasının bir əlaməti odur ki, hücumdan qabaq yerli milis şöbəsi minatanlardan atəşə tutulub. Milisin fikrincə, bununla diqqət tamam başqa istiqamətə yönəldilib.

Keçən əsrin 30-cu illərində tikilmiş Baksan SES-i Qabardin-Balkar Respublikasında yerləşir. O, Sayano–Şuşenskoe SES-inin yarısı qədər enerji verir.

Sayano-Şüşenskoe SES-ində qəza olanda su bəndləru uçmuşdu və 75 adam ölmüşdü. Baksan SES-ində bəndlər uçmayıb.

Baksandakı hücumu gələcək hücumların başlanğıcı hesab edənlər var. Bunu Rusiya parlamentinin üzvü Aleksandr Torşin deyir. Onun fikrincə, bu hücum təhlükəsizlik sisteminin terror qabağında nə qədər zəif olduğunu göstərir.
XS
SM
MD
LG