Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:21

Azərbaycan və Ermənistan iqtidarlarını birləşdirən dəyər nədir?


«Freedom House» təşkilatının tədqiqatlar direktoru Kristofer Uolker
«Freedom House» təşkilatının tədqiqatlar direktoru Kristofer Uolker
Azərbaycan və Ermənistan iqtidarlarını birləşdirən dəyər demokratiya ilə bağlı tənqidlərə münasibətləridir. «Freedom House» təşkilatının tədqiqatlar direktoru Kristofer Uolker AzadlıqRadiosuna verdiyi müsahibədə belə deyib.

«Freedom House» son hesabatında – «Nations in Transit 2010» adlı hesabatda Azərbaycanın adını axırıncı onillikdə demokratiya sahəsində geriləyən ölkələr arasında çəkir. Sizcə, bunun səbəbi nədir: neft gəlirləri, Qarabağ münaqişəsi, ya Qərbin Azərbaycanla istənilən halda əməkdaşlıq edəcəyinə arxayınçılıq?

- Azərbaycanda son onillikdə demokratiya sahəsində sistematik geriləmə baş verib. Bunun səbəbləri çox ola bilər. Adətən böyük neft-qaz ehtiyatları olan ölkələr əldə etdikləri gəlirlərin düzgün bölüşdürülməsində, bunlara nəzarət edəcək funksional institutların yaradılmasında problemlər olur. Məncə, Azərbaycan da bu baxımdan istisna deyil. İqtisadiyyatın şaxələndirilməsi, korrupsiyanın nəzarət altına alınması yoluyla demokratik institutların da inkişafına nail olmaq Azərbaycan cəmiyyətinin qarşısında duran çox vacib hədəflərdən biridir.
«Freedom House» vəziyyəti bu cür qiymətləndirən yeganə təşkilat deyil. Çoxlu müstəqil beynəlxalq qeyri-hökumət təşkilatları var ki, hamısı demokratiya quruculuğu, şəffaf idarəçilik sahəsində problemlərin olduğunu vurğulayır

JURNALİSTLƏRƏ PİS MESAJ


Son hesabatınız açıqlanandan sonra Azərbaycanda həbsdə olan jurnalist Eynulla Fətullayev daha 2 il yarım həbs cəzası aldı. Beynəlxalq aləmin çağırışlarına baxmayaraq, Azərbaycan tərəfi isə bəyan edib ki, Avropa İnsan Haqları Məhkəməsinin jurnalisti azadlığa buraxmaq qərarını da yerinə yetirməyəcəklər, çünki qərardan şikayət ediblər. Bu situasiyanı necə dəyərləndirirsiz?

- Eynulla Fətullayev və başqaları kimi alnernativ fikirli insanların necə susdurulması Azərbaycanda qanunun aliliyi və instituların funksionallığıyla bağlı narahatlıqların əsassız olmadığını göstərir. Strasburqdakı İnsan Haqları məhkəməsi jurnalistin dərhal azadlığıa buraxılması ilə bağlı qərar versə də, bu qərar hələ yerinə yetirilməyib. Əksinə, çoxlarının şübhəli saydığı yeni ittihamlar irəli sürülüb. Və çoxları düşünür ki, bu ittiham jurnalisti həbsdə daha uzun müddət tumaqdan ötrüdür. Bu baş verənləri internetdə video yerləşdirən bloqqerlərin xuliqanizm ittihamıyla həbs edilməsiylə eyni müstəviyə qoyanda bunun fərqli fikir yayan jurnalistlərə çox pis mesaj olduğunu demək olar.
Ona görə indi həm Azərbaycan cəmiyyəti, həm də Avropa Birliyi və ABŞ qarşısında duran məsələrdən biri budur ki, sözügedən problemin ictimaiyyətin diqqətində qalması üçün əllərindən gələni etsinlər.

«FREEDOM HOUSE» VƏZİYYƏTİ BU CÜR QİYMƏTLƏNDİRƏN YEGANƏ TƏŞKİLAT DEYİL


«Freedom House» Azərbaycan iqtidarını demək olar ki, daim tənqid edən bir neçə təşkilatdan biridir. Və Azərbaycan rəsmiləri də artıq uzun müddətdir ki, sizin hesabatlarınız yayılanda onlara güvənmədiklərini deyir, sizi isə tərəfsiz və obyektiv olmamaqda ittiham edirlər.

- Təəssüf ki, Azərbaycan iqtidarı bizim ölkədəki vəziyyətlə bağlı hesabatlarımızda göstərilən problemləri müzakirə etmir, hesabata fərqli yanaşır. Bu, təəssüf doğurur, çünki məhkəmələrin azadlığı, vətəndaş cəmiyyətinin qurulması, ictimai gəlirlərin sıravi azərbaycanlıya çatmasının təmin edilməsi sahəsində problemlər çox ciddidir. Üstəlik, «Freedom House» vəziyyəti bu cür qiymətləndirən yeganə təşkilat deyil. Çoxlu müstəqil beynəlxalq qeyri-hökumət təşkilatları, ATƏT, Avropa Şurası, Avropa İnsan Haqları Məhkəməsi kimi qurumlar var ki, hamısı demokratiya quruculuğu, şəffaf idarəçilik sahəsində problemlərin olduğunu vurğulayır.

«Freedom House» təşkilatının tədqiqatlar direktoru Kristofer Uolker bu məsələdə, Azərbaycan və Ermənistan iqtidarlarının bir-birinə bənzədiyini əlavə edir. Uolkerin sözlərinə görə, Azərbaycan hökuməti kimi, Ermənistan hökuməti də tənqidlərdən nəticə çıxarmaq əvəzinə, özlərini tənqid edənləri tənqid eləməklə işlərini bitmiş sayırlar.
XS
SM
MD
LG