Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:34

Ölkə əhalisinin 67 faizi polisə etimad edirmiş?


«Ölkə əhalisinin 67 faizindən çoxu polisə etimad bəsləyir». Bunu daxili İşlər naziri Ramil Usubov «Azərbaycan» qəzetinə müsahibəsində deyib.

Nazir bildirib ki, onların keçirdiyi son rəy sorğusunda belə bir nəticə əldə olunub.

Ramil Usubov vətəndaşların daxili işlər orqanları ilə bağlı əsas narahatlığına da toxunub.

POLİSDƏN NARAHATLIQ KOBUDLUQLA BAĞLIDIR


«Vətəndaşların daxili işlər orqanları ilə bağlı əsas narahatlığı isə ayrı-ayrı əməkdaşların ünsiyyətdə kobudluğa yol vermələridir», - deyə nazir vurğulayıb.

Ramil Usubov bu kimi halların aradan qaldırılması üçün daxili nəzarət qaydasında davamlı tədbirlər aparıldığını

16 İLƏ 22 MİN CİNAYƏTKAR QRUP, 76 MİN TƏQSİRLƏNDİRİLƏN ŞƏXS, 33 MİN DƏ SİLAH

Nazir həmçinin 1994-cü ildən indiyə qədər həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 22 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirildiyini, 33 minə yaxın odlu silahın yığıldığını deyib.

(«Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» fərman 1994-cü ildə avqustun 9-da imzalanıb)

Nazir həmçinin əllərdə qanunsuz saxlanılan odlu silahın yığılması nəticəsində törədilən cinayətlərin sayının təxminən 7 dəfə azaldığını, bundan başqa axtarışda olan 76 minə yaxın təqsirləndirilən şəxsin tutulduğunu və qanunsuz dövriyyədən 4 tondan çox narkotik vasitə çıxarıldığını bildirib.

BU İL ÖLKƏDƏ GİROV GÖTÜRÜLƏN OLMAYIB

Cənab Usubov deyib ki, son illərlə müqayisədə bu ilin ötən dövründə cinayətlərin dinamikasında qəsdən sağlamlığa ağır zərər vurmalar, hədə-qorxu ilə tələb etmələr, quldurluqlar, soyğunçuluqlar, oğurluqlar, xuliqanlıqlar və s. nəzərəçarpacaq dərəcədə azalıb, adamları girov götürmə cinayətləri isə qeydə alınmayıb.
XS
SM
MD
LG