Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:23

Xuraman Hüseynzadə "İzaura və Zaur" (Hekayə)


Yaşıl çəmənlikdə arxası üstə uzanıb əllərini başının altına qoymuşdu.

Yarıbuludlu səmaya baxıb azərisayaq “ovçuluq” taktikası barədə düşünürdü…

“Hədəfi” düz nişan almaq lazım idi. Elə etmək lazım idi, güllə bumeranq effekti verməsin.

Təhminədən sonra buna da vurulsa, dözə bilməzdi. Eyni zamanda ovu hürkütməmək lazımdı…

Üstünə düşən kölgə onu xəyallardan ayırdı…

Heyrətlə kölgəyə, sonra qara kölgəsi qara taleyi kimi özündən əvvəl gələn qarabəniz kölənin yalın ayaqlarına, ağ, uzun donuna baxdı.

Bir türk kişisi kimi gözləri bir anlıq öz rentgen funksiyasını yerinə yetirdi-nimdaş ağ donun yapışdığı mütənasib bədən ona çılpaq halda göründü.

Ani olaraq qızın ölçülərini də təxmin etdi: bəlkə də 90-60-90.

Ac canavar kimi ağzının suyu axdı…

Yavaş-yavaş ayağa qalxdı və qızla üz-üzə dayanıb onun iri, qara gözlərinə, ətli dodaqlarına baxdı-yox, dodaqları silikon deyildi… Tez fikrindən daşındı… Bu bədbəxt kölə silikonun nə olduğunu hardan bilirdi ki?

Bir az da yaxına gəlib astadan pıçıldadı:

- İzauraaa…

- Zaur…

Gözlərini qızın yorğun, yorgun olmasına rəğmən gözəl gözlərindən çəkə bilmədi. “İlahi, necə də rəhmətlik Təhminənin gözlərinə bənzəyir”-deyə düşündü.

Yeni bir aləmdə yeni sima ilə üz-üzə durduğunu da unutdu. Sevgi yarası hələ sağalmamışdı deyəsən. Qızın əllərindən tutub bir az da özünə tərəf çəkdi:

- Sən Təhminəni tanıyırsan?

- Yoox…

- Deməli, kitab-zad da oxumursan, televizora da baxmırsan, eləmi?

Qız günah iş tutubmuş kimi başını aşağı saldı.

- Yaxşı, başa düşdüm. İzaura, Təhminə azərbaycanlıdı. Bəlkə də tərbiyəli qız idi, bilmirəm, Anar onu mənimlə tanış etməmişdən qabaq pozmuşdu.

- Nəəə?

- Həəə. Çünki bizim cəmiyyətdə pozğunlar daha çox publika toplayır.

İzaura, inan ki, Təhminə tərbiyəli olsaydı mən onunla o cür eşq yaşamazdım. Evlənərdim onunla.

O da olardı evimin bozbaşbişirən Fatmanisəsi. Bilirsənmi, İzaura, Anar bizi tanış edən gündən heç kim qızına Təhminə adını vermir.

Bax, İzaura, gərək sən Təhminədən betər pozulasan ki, bizim sevgi hekayəmiz maraqlı olsun.

Mənimlə sevişmək, məşhur obraz olmaq istəyirsənsə kölə olduğunu unutmalısan, İzaura. Təhminə kimi azadlıq simvolu olmalısan.

Bizdə azadlıq deyiləndə yalnız cinsi ilişkilərə qoyulmayan məhdudiyyət nəzərdə tutulur… Pozulmalısan, İzaura, başa düşdüüün?

- Sən pozacaqsan məni?

- Hi, hi, hi… Mən kiməm ki? Qoca yazıçılarımızdan birinə deyəcəm.

- Nəəə? Qocaaa? Sən dəli olmusan, Zaur?

- Aaaz, yox e, əsər yazacaq sadəcə. Sevgimizdən. Ha-ha-ha…

***

…Qoca yazıçılarımızın sözü olmasın, ilıq bir gün idi. Bir axşam taksidən payıza düşən İzaura Spartakla vələs ağacının dibində sevişirdi.

Birdən Zaur atasının ona yeni bağışladığı “Prado” ilə böyürdən çıxdı…

Onu görən İzaura Spartakı geri itələyib meymun kimi cəld ağaca dırmaşdı.

Zaur onları bir yerdə görmüşdü. Həyəcandan Zaurun ürəyi əsdi, dili tutuldu.

Gözlərini ovxalayıb yenidən vələs ağacının dibinə baxdı. Spartakı tək gördü. Bir də baxdı. Elə bildi onu qara basır.

Yox, Spartak həqiqətən də tək idi. İzauranın haqqında bədgüman olduğu, onu belə tez pozulmaqda günahlandırdığı üçün özünü qınadı.

Yaxınlaşıb Spartakla görüşdü. Elə bu zaman onun mobil telefonuna zəng gəldi. Qızıl Vertu telefonunu Spartak o dəqiqə tanıdı.

Həmin telefon idi- İzauraya bağışladığı. Telefona gözucu nəzər yetirib istehza ilə gülümsədi. Zaur onunla sağollaşıb maşınına tərəf getdi.

…Kefi yuxarı idi. Radioda Sevda Ələkbərzadənin bir yam-yam cazmenlə duet oxuduğu “Küçələrə su səpmişəm” mahnısı səslənirdi.

Şaqraq, şən musiqi sədaları altında sıx meşələrin yanı ilə şütüyürdü. Birdən İzaura arxa oturacaqdan qəfil “Zaurum!” deyib qışqırdı.

Qəfil səsdən diksinən Zaur əvvəlcə xaç çəkdi. Sonra tez əyləci basdı. Qız pişik cəldliyilə qapını açıb düşdü və gəlib Zaurun qolundam dartaraq maşından düşürdü.

Boynuna sarıldı. Hələ də özünə gələ bilməyən Zaur: -Aaaz, bir imkan ver görüm, sən hardan çıxdın, nə vaxt mindin maşına?- deyib qızı sorğu-sual etmək istədi.

Amma o, bu sualları elə bil havaya verirdi. İzaura artıq təcrübədən bilirdi ki belə sualların cavabı ehtiraslı öpüşdür.

Odur ki, növbəti gedişini etdi:

- Ay durak, sürpriz eləmək istədim dəə sənə. Öp məni, Zaurum. Öp… Bax belə… Tələsmə, qurban olum… Ööp…

Sonra öpüşlərə ara verib Zauru yerə yıxdı, qarnının üstünə çıxıb əlini burnuna tərəf apardı. Barmaqlarının konfiqurasiyası yekə burun forması aldı:

- Ölüüürəm burnu zırpı kişilər üçün!..

Ehtirasına bir az da naz qatdı:

- Zaurik, deyirlər burnu zırpı kişiniiin… Ha-ha-ha!..
XS
SM
MD
LG