Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:43

İsrailin gəmilərə hücumu Qərb mediasında


İsrail əsgərləri humanitar yük aparan Türkiyə gəmisində, 31 may 2010
İsrail əsgərləri humanitar yük aparan Türkiyə gəmisində, 31 may 2010

Son məlumatlara görə Qəzzaya humanitar yardım aparan gəmiyə İsrail əsgərlərinin hücumu nəticəsində doqquz nəfər həlak olub. 40 nəfərə yaxın da yaralı var. Bu hadisəni Qərb ölkələrinin nüfuzlu media orqanları da İsrailin öz legitimliyinə vurduğu zərbəsi kimi qiymətləndirilər.

Bir neçə qəzetin yazdıqlarını təqdim edirik:

“The Washington Post”
Hələlik gəmilərdə Həmasa gedən raketlər və ya başqa silahlar haqqında məlumat yoxdur. Cənab Netanyahunun işi yaraqlıların bir təxribat çıxartmasının qarşısını almaq olmalı idi. Gəmilərə hərbçilər göndərməkdənsə, əvvəllər olduğu kimi onların Qəzzaya yanaşmasına imkan verilməsi daha yaxşı olardı. Fakt budur ki, vertolyotla Türkiyə gəmisinə düşüb sərnişinləri öldürmək bir xəta idi.

İndi Yaxın Şərqdə sülh danışıqları təhlükədədir.

Cənab Netanyahunun bu fəlakət vəziyyətindən qurtulmasının yeganə yolu Fələstin dövlətinin yaradılmasına imkan yaratması olardı. Bunun üçün ən yaxşı başlanğıc Qəzzaya və Qərb sahilinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması olardı.

Netanyahunun başqa bir vəzifəsi də hökumətinə sülh tərəfdarı siyasi qüvvələrin də cəlb edilməsidir.

“The Financial Times”
Bazar ertəsi baş vermiş dəniz quldurluğuna bənzər qaba hərəkətlə İsrail özünün legitimliyinə çox ciddi zərbə vurdu. İsrail iddia edir ki, gəmidəki fəalların içərisində olan ekstremist qruplar əsgərlərə bıçaq və başqa əşyalarla hücum ediblər.

Əgər hətta bu düzdürsə belə, o, humanitar yardım aparan gəmiyə beynəlxalq sualarda hücum olunmasına haqq qazandıra bilməz.

İsrail adətən dünya gücləri tərəfindən müdafiə olunur. İndi bu güclər – BMT Təhülkəsizlik Şurasında çoxluq təşkil edənlər İsrailə çox uzağa getdiyini göstərməlidirlər.

XS
SM
MD
LG