Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:22

«Bacardıqca qələbəmdən həzz almağa çalışıram»


Lena etiraf edib ki, o, jurnalistlərin suallarından daha çox bu yaxınlarda verəcəyi imtahanın suallarına görə narahatdır
Lena etiraf edib ki, o, jurnalistlərin suallarından daha çox bu yaxınlarda verəcəyi imtahanın suallarına görə narahatdır
«Eurovision-2010» mahnı müsabiqəsinin builki qalibi Almaniya təmsilçisi Lena və nümayəndə heyətinin digər üzvləri yarışmadan sonra mətbuat konfransında öz sevinclərini jurnalistlərlə bölüşüblər. Osloda - Telenor Arenada keçirilən konfransda Lenayla yanaşı Stefan Raab, mahnının bəstəkarı, vokalçılar və Almaniya televiziyasının əməkdaşları da dünya mətbuatı təmsilçilərinin qarşısına çıxıblar. Onlar konfransı jurnalistlərin və fotoqrafların qarşısında əvvəlcə şampan şüşəsini ətrafa sıçratmaqla açıblar.

Lena Meyer-Landruta ən çox sual Almaniya jurnalistlərindən ünvanlanıb, onlar sual-cavabı da elə öz doğma dillərində ediblər.

Lena etiraf edib ki, o, jurnalistlərin suallarından daha çox bu yaxınlarda verəcəyi imtahanın suallarına görə narahatdır.

«MƏN TAMAMİLƏ ŞOKDAYAM»

Jurnalistlərin «Eurovision 2010» qalibi kimi hansı hissləri keçirirsən sualına Lena belə cavab verib:

«Mən şokdayam, çox xoşbəxtəm, o qədər minnətdaram ki, tamamilə sarsılmışam. Qələbə intuitiv hissdir, amma bu, hamısı deyil. Bu, misilsiz bir şeydir və mən bacardıqca bundan həzz almağa çalışıram».

Lena deyib ki, səsvermə boyu kənardan artıq qalib olması barədə deyilənləri eşidirdi, amma xeyli sayda ölkə hələ səs vermədiyindən o inana bilmirmiş ki, artıq heç kim ona çata bilməz. Lena ona səs verən hər bir kəsə öz minnətdarlığını bildirib.

Stefan Raab isə bəstəkara Lenanı qalib edən «Satellite» mahnısına görə təşəkkür edib. Televiziya əməkdaşları isə bildiriblər ki, hələ bu qalibiyyəti bayram edirlər, gələn həftədən isə bu barədə necə, harada, hansı formatda verilişlər hazırlamağı götür-qoy edəcəklər.

Almaniya nümayəndə heyəti mayın 31-də ölkələrinə qayıdacaqlar, xüsusi mərasim «City Hall»da keçiriləcək.




































MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG