Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:30

Elif Şafak 1 milyon avro qazanıb


Türkiyədə kitabları ən çox satılan və ən çox pul qazanan yazıçı - Elif Şafakdır.

Bunu “Forbs” jurnalına istinadla "Türkiyə" qəzeti yazır.

Jurnal Türkiyə miqyasında 2009-cu ilin ən populyar yazarlarının reytinqini hazırlayıb.

E.Şafak keçən il kitablarının satışından 2 milyon lirə (təxminən 1 milyon avro) qazanıb. 2009-cu ildə onun 522 min nüsxə kitabı satılıb.

Onun sufi şair Cəlaləddin Ruminin həyatından həsr edən "Eşq" romanı ölkədə çox populyardır.

İkinci yerdə 292 min kitabla Ayşe Kulin gəlir.

Onun gəliri E.Şafakdan iki dəfə az olub.

Üçüncü yerdə isə 175 min kitabı satılan Turqut Özakman qərarlaşıb.

Ilk iyirmilikdəki sonrakı adlar belədir: Orxan Pamuk, Canan Tan, Soner Yalçın, Ahmet Ümit, Nermin Bezmen, Zülfü Livaneli, Mümin Sekman, Üstün Dökmen, İskender Pala, Emin Çölaşan, Vedat Türkali, Nihat Genç, Saygı Öztürk, Buket Uzuner, Yazgülü Aldoğan, Hande Altaylı, Hamdi Koç.
XS
SM
MD
LG