Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 18:17

“ABŞ Azərbaycanla strateji əməkdaşlığı davam etdirmək istəyir”


Tina Kaydanau
Tina Kaydanau
“Bu gün ərzində prezident və xarici işlər naziri və digərləri ilə çox yaxşı görüşlərim oldu. Əsas mesajım bu idi ki, Amerika Azərbaycanla strateji əməkdaşlığa çox mühüm əhəmiyyət verir. Biz ən müxtəlif və vacib məsələlərlə bağlı məhsuldar və yaxşı şəkildə əməkdaşlığın davam etdirilməsini istəyirik”. Bunu Bakıda birgünlük səfərinin nəticələri ilə bağlı keçirdiyi brifinqdə ABŞ Dövlət Katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisinin müavini Tina Kaydanau bildirib.

AzadlıqRadiosunun “Siz cənab prezidentlə xarici radioların FM tezliyinə qaytarılması məsələsini müzakirə etdinizmi və bu problem iki ölkə arasındakı danışıqların gündəliyində qalırmı?” sualına cavabında Kaydanau deyib ki, o həm prezidentlə, həm də ümumiyyətlə, görüşlərdə müzakirə etdiyi mövzuların detallarını açıqlamaq istəmir.

Xanım Kaydanau Azərbaycana yeni ABŞ səfirinin təyin olunmasının gecikməsinə də münasibət bildirib: “Ümid edirəm ki, yeni səfir tezliklə təyin olunacaq. Bu məsələnin ABŞ –la strateji əməkdaşlığa aidiyyəti yoxdur. Bu, bürokratik məsələdir”. Xanım Kaydanau səfirin kim olacağı barədə suala cavab verməkdən imtina edib, bildirib ki, bu sual Ağ Evə aiddir.

Qarabağ münaqişənin həllində ABŞ –ın roluna gəlincə, Kaydanau deyib: “Son vaxtlar Minsk prosesi çox aktivləşib və biz də digər həmsədrlərlə birlikdə bu prosesdə çox aktivik və bu aktivliyi davam etdirəcəyik”.
XS
SM
MD
LG