Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:20

Daxili İşlər naziri işgəncəyə görə xalqdan üzr istədi


Alik Sarqsyan
Alik Sarqsyan

Ermənistanin Daxili İşlər naziri aprelin 30-da xalqdan üzr istəyib. Səbəb də cavan adamın polis idarəsində işgəncə ilə öldürülməsi barədə məlumatları təkzib etməsidir.

Nazir Alik Sarqsyan AzadliqRadiosunun erməni xidmətinə açıqlamasında bildirib ki, tabeliyində olan adamlar ona gəncin ölümü ilə bağlı səhv məlumat veriblər. O da həmin hadisə barədə xalqa məlumat verəndə həmin adamın polis idarəsində işgəncələrə məruz qalması barədə xəbərləri təkzib edib.

Nazir bu cür yanlış məlumatla onu çətin vəziyyətə salan işçilərini cəzalandıracağını yazır.

Aprelin 13-də Ermənistanın mərkəzində kiçik şəhərlərdən olan Çarentsavan polis idarəsində oğurluq üstündə saxlanan 24 yaşlı Vahan Xalafyan ölüb. Yaxınları onun işgəncələr altında həlak olduğunu bildiriblər.

Nazir Alik Sarqsyan aprelin 20-də israrla bildirirdi ki, gənc adamın işgəncələrə məruz qalması haqqında deyilənlər yalandır. Bundan 10 gün sonra – aprelin 30-da isə nazir əvvəlki yalan məlumata görə üzr istəyib.

Nazirin bu çıxışından bir gün əvvəl Çarentsavan rayonunun polis rəisi Aşot Harutyunyan da bu hadisəyə görə istintaqa cəlb edilib.

ALDATDIĞIM ADAMLAR QOY, MƏNİ BAĞIŞLASINLAR


Ermənistan Xüsusi İstintaq Xidməti polis rəisi başqa polis əməkdaşlarının ifadələri əsasında istintaqa çəkilib.

Polis idarəsində həlak olmuş Vahan Xalafyan


Nazir açıqlamasında yazır: «Mən bu işdə günahkar olan adamları müdafiə etmək fikrində deyiləm. Heç vaxt insanların döyülməsini istəməmişəm. Polisin işini görməsi üçün daha peşəkar yolları var. Mənim verdiyim məlumatlarla aldatdığım adamlar qoy, məni bağışlasınlar. Mənə bu yalanları deyən adamlar da qanunun tələblərinə uyğun şəkildə məsuliyyətə cəlb ediləcəklər. Mən heç kimi aldatmaq istəmirəm».

Nazir həmçinin bildirib ki, həqiqətən də dindirmədən sonra Vahan Xalafyan özünə qəsd edib. O, polis əməkdaşının siyirməsindən bıçağı götürərək özünü öldürüb. Xüsusi İstintaq Xidməti cavan adamı özünə qəsd etməyə məcbur edən səbəbini isə tibbi ekspertiza başa çatandan sonra elan edəcəyini bildirib.

Hüquq müdafiəçisi Artur Sakunts da mərhumun ailəsinin iddialarını haqlı sayır. Sakunts deyib ki, onun mədəsində iki bıçaq yarası olub: «İşgəncə altında olan cavan oğlan tanımadığı otaqda bıçağı bu qədər cəldliklə necə tapırdı. Bıçağın harda saxlandığını o nə bilirdi? Yoxsa, onlar bıçağı stolun üstünə qoyub deyirdilər ki, götür, özünü öldür? Ona görə, mən əminəm ki, bu baş verən bir qətldir».

Hüquq müdafiəçisi Sarqsyanın üzr istəməsi ilə kifayətlənmir. Artur Sakunts hesab edir ki, həmin hadisəyə görə nazir istefa verməli idi, sadəcə bir üzr istəmək vəziyyəti dəyişmir.

XS
SM
MD
LG