Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:14

Fəzail Ağamalı ABŞ-a nəyi xatırladıb?


Fəzail Ağamalı
«Son zamanlar Amerikanın Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı tutduğu mövqe ABŞ - Azərbaycan münasibətlərinə, eləcə də bu ölkənin dünyada ədalətin qorunması sahəsindəki tutduğu mövqeyinə uyğun gəlmir».

Bu fikirləri aprelin 20-də keçirilən parlament iclasında YAP icra katibi Əli Əhmədov səsləndirib.

Əli Əhmədovdan başqa hakim partiyanın və digər hakimiyyətyönlü millət vəkilləri də bu məsələ ilə bağlı çıxış ediblər.

YAP-çı millət vəkili Siyavuş Novruzov bildirib ki, Azərbaycanın etiraz etdiyi məsələlər Dağlıq Qarabağ və digər bu kimi məsələlərdə Amerikanın tutduğu mövqe ilə bağlıdır.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə Amerikanın Azərbaycandakı neft siyasətinə, bu sahədə çalışan amerikalılar və onların pay bölgüsü ilə bağlı məsələləri xatırladıb. Millət vəkili sual qaldırıb ki, bütün bunların müqabilində ABŞ-ın Azərbaycana belə yanaşması anlaşılan deyil.
XS
SM
MD
LG