Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:34

«Vaşinqton heç kimin tərəfini saxlamır»


ABŞ Dövlət Departamentinin sözçüsü Filip Kroli
ABŞ Dövlət Departamentinin sözçüsü Filip Kroli
«Vaşinqton həm Qırğızıstan müxalifəti, həm də Bakiyev hökumətinin üzvləri ilə əlaqə saxlayır və heç kimin tərəfini saxlamır».

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Filip Kroli deyib:

«Bir tərəfdə səlahiyyətlərini təhvil verməyən Bakiyev, o biri tərəfdə hökumət funksiyasını həyata keçirən müvəqqəti rəhbərlik var. Biz onların hər ikisi ilə əlaqə saxlayırıq. Heç birinin tərəfini tutmuruq. Qırğız xalqının tərəfini tuturuq. Problemin sülh yoluyla həllində maraqlıyıq».

Hakimiyyətə yiyələnmiş Qırğızıstan müxalifətinin liderləri Manasdakı Amerika hərb bazasını bağlamaq niyyətində olmadıqlarını bildiriblər. Əvvəllər isə bu bazasının bağlanmasını tələb edirdilər.

Bu gün Qırğızıstanda matəm günüdür. Son iğtişaşlarda 75 nəfər həlak olub.

QIRĞIZISTAN MÜXALİFƏTİNİN LİDERİ KİMDİR?


MÖVZUNU BURDA ŞƏRH EDİN
XS
SM
MD
LG