Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:15

Əli Həsənov: «Seçki Məcəlləsinə dəyişiklik edilməyəcək»


«Azərbaycanda Seçki Məcəlləsinə dəyişiklik edilməyəcək».

Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov ANS-ə müsahibəsində bunu deyib.

O bildirib ki, hazırki Məcəllə və MSK tərkibi ilə demokratik seçki keçirmək mümkündür:

«Biz bu məsələ ətrafında 1999-cu ildən fikir mübadiləsi aparırıq və onların irəli sürdüyü təkliflərin hamısı tərəfimizdən qəbul olunub. Lakin müxalifət seçki prosesini pozmağa çalışdığından, seçki prosesinin hər hansı bir siyasi qüvvənin subyektiv düşüncəsindən və yaxud da onun subyektiv fəaliyyətindən asılılığını aradan qaldırmaq üçün o formulu irəli sürülüb və o da davam etdirilib. Mən əminəm ki, bu Məcəllə və bu komissiya ilə Azərbaycanda tam ədalətli, şəffaf seçkilər keçirmək mümkündür və bunu da biz neçə illərdir reallaşdırırıq. Bu seçkilərdə də Azərbaycan hakimiyyəti prosesin tam demokratik və ədalətli keçirilməsinə zəmanət verir və bu zəmanətin üzərində dayanır. Biz bu tərkiblə bu seçkini keçirəcəyik, hər halda keçirmək fikrindəyik və düşünürük ki, bu Məcəllə və bu komissiya ilə də biz dünya standartlarına cavab verən seçki keçirəcəyik».

Venesiya Komissiyası və ölkənin əksər müxalifət partiyaları şəffaf və demokratik seçkilərin keçirilməsi üçün Seçki Məcəlləsinin təkmilləşdirilməsini vacib sayırlar Bununla bağlı təkliflər hazırlanıb.
XS
SM
MD
LG