Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:39

«Azərbaycanda müstəqil ombudsman institutu yoxdur»


Leyla Yunus
Leyla Yunus
«Azərbaycanda müstəqil ombudsman institutu yoxdur».

Bunu «İşdən sonra»da hüquq müdafiəçisi Leyla Yunus deyib. Onun sözlərinə görə, ombudsmanlığa namizədlərin üçünü də prezident irəli sürüb:

- Tutalım ki, müstəqil, demokratik seçkilər var, deputatlar, prezident müstəqil seçilib, onda da ombudsman institutu prezidentdən asılı qalır. Çünki namizədləri o təklif edir. Elmira Süleymanova hər il hesabat verir, bir dəfə də eşitməmişəm ki, orada yazılsın ki, neçə nəfər işgəncəyə məruz qalıb, neçə nəfər ölüb, hökumət tərəfindən hüquqları pozulub və s. O bloqqerlərin məhkəməsinə də müsbət rəy vermədi. Mən inanmıram ki, Azərbaycanda müstəqil ombudsman institutu işləsin.

Ombudsman vəzifəsinə namizədlər hazırkı ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanovdur.

PROQRAMI DİNLƏYİN.
XS
SM
MD
LG