Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:20

Prezident ombudsmanlığa namizədlər təqdim edib


Ombudsmanlığa namizədlərin siyahısı parlamentə tövsiyə olunub. Bu, Milli Məclisin İnsan Hüquqları Komitəsinin fevralın 25-də keçirilən iclasda açıqlanıb.

Komitə sədri Rəbiyyət Aslanova bildirib ki, Konstitusiyanın uyğun bəndinə istinadən prezident İlham Əliyev tərəfindən Azərbaycanın Ombudsmanının seçilməsi üçün parlamentə namizədlərin siyahısı təqdim edilib.

Ombudsman vəzifəsinə namizədlər hazırkı Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanovdur.

Hər üç namizədin adı olan sənəd parlamentin martın 5-də keçiriləcək plenar iclasının gündəliyinə tövsiyə olunub.
XS
SM
MD
LG