Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:30

Niqaba görə vətəndaşlıq verilmədi


Fransada niqabı əsas gətirməklə vətəndaşlıq müraciətini rədd etmək birinci dəfə deyil
Fransada niqabı əsas gətirməklə vətəndaşlıq müraciətini rədd etmək birinci dəfə deyil
Fransa, həyat yoldaşını niqab geyməyə məcbur edən mərakeşliyə vətəndaşlıq verməkdən imtina edib. İmmiqrasiya naziri Erik Besson öz qərarını adı ictimaiyyətə açıqlanmayan həmin mərakeşlinin fransız həyat yoldaşı ilə dünyəvilik prinsipinə və qadın hüquqlarına zidd rəftar etməklə əsaslandırıb.

Nazir deyib ki, mərakeşlini sorğu-sual edəndə məlum olub ki, o, həyat yoldaşını niqab geyməyə məcbur edir. Qadını üzüaçıq sərbəst hərəkətdən məhrum edib, özü isə qadın-kişi bərabərliyi anlayışını qəbul etmir.

Mərakeşliyə vətəndaşlıq verilməsindən imtina olunması haqqında sənədin surəti «Le Fiqaro» qəzetində dərc olunub. Sənəddə deyilir ki, kişinin həyat yoldaşı ilə belə münasibəti Fransa dəyərləri ilə bir araya sığmır. Bu kişi bütün üsullarla qadınlara qarşı ayrı-seçkilik edir, onlarla əllə görüşməyi qəbul etmir. Evdə isə bacılarla qardaşların ayrı qalmasının tərəfdarıdır.

BU, RESPUBLİKA DƏYƏRLƏRİNƏ ZİDDİR

Nazir deyib ki, bu cür həyat tərzi bəlkə də dini inanclarla əsaslandırıla bilər. Ancaq bu, respublika dəyərlərinə, xüsusilə də qadın-kişi bərabərliyi prinsipinə ziddir.

Fransada niqabı əsas gətirməklə vətəndaşlıq müraciətini rədd etmək birinci dəfə deyil. 2008-ci ildə mərakeşli qadın Faizə Simmiyə də niqaba görə Fransa vətəndaşlığı verilməmişdi.

Ötən həftə Fransanın parlament komitəsi niqabı pisləyən, xəstəxanalar, poçt məntəqələri, nəqliyyat kimi ictimai yerlərdə, bu geyimi qadağanı tövsiyə edib. Ötən ay Ədliyyə naziri Mişel Aliot-Mari bildirmişdi ki, həyat yoldaşlarını niqab geyməyə məcbur edən müsəlmanlara vətəndaşlıq verilməyəcək.

Ötən il niqabla bağlı müzakirələr başlananda isə, o demişdi ki, niqab tərəfdarlarının Fransa cəmiyyətinə daxil olması arzuolunan deyil. Nazir demişdi ki, niqab geyinənlərə və onların ərlərinə Fransada yaşamaq icazəsi verməkdən sistematik şəkildə imtina etmək ən yaxşı yoldur.
XS
SM
MD
LG