Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:27

Pişiyi bəbir olanın evini sökürlər


«Reçnik ona görə dağıdılır ki, «Fantaziya» adası adlanan yerin çaya çıxışının qabağını kəsir»
«Reçnik ona görə dağıdılır ki, «Fantaziya» adası adlanan yerin çaya çıxışının qabağını kəsir»
«Mən ümid edirdim ki, mənim ölkəmdə nə vaxtsa qayda-qanun olacaq. Ancaq onlar əvvəlcə kasıbları dağıtdılar, indi də orta sinfi dağıdırlar. Bir azdan bizim ölkədə yalnız oliqarxlar və ən kasıblar qalacaq».

BƏBİRİ MERİYADAN GƏLƏN MƏSUL İŞÇİLƏRİN ÜSTÜNƏ QISQIRDIR

Bunu Moskvada Reçnik deyilən bahalı yerdə evi buldozerlə dağıdılan deyir.

Burda kimlərin yaşadığına bir misal.

Evlərin sökülməsinə etiraz olaraq bina sahiblərindən biri evində saxladığı bəbiri meriyadan gələn məsul işçilərin üstünə qısqırdır.

Belə varlının evini kim əlindən ala bilər? Təbii ki, ondan da varlı. Oliqarx.

«Biz burda 53 il yaşamışıq, heç kimə bir ziyanımız dəyməyib. Birdən məlum olur ki, bu torpaq hansısa bir varlıya lazım olub. Burda torpağın 10 sotu bir milyon dollardır» - bunu isə evi dağıdılan başqa birisi deyir.


BİR QƏPİK DƏ KOMPENSASİYA TƏKLİF OLUNMUR


Reçnikdə evi sökülənlərin hisslərini başa düşmək olar. Onlara bir qəpik də kompensasiya təklif olunmur.

Reçnikdəki 42 binanın, lüks evlərin hamısı söküləcək. Ev sahibləri Moskva meri Lujkovu ittiham edirlər ki, buranın yerini bahalı tikililər üçün boşaldır.

Reçnik qəsəbəsi
Moskva hakimiyyəti isə deyir ki, bu tikililər qanunsuzdur. Qanunsuz tikili kimi sökülməlidir.

Reçnik bağ yerlərinin kooperativi kimi 1956-cı ildə salınıb. Hökumət bununla nəqliyyat işçilərini mükafatlandırmaq istəyirdi. O vaxtki razılaşma ilə burda binalar tikmək olar.

MOSKVA HAKİMİYYƏTİNİN HƏRƏKƏTİ BAŞQALARININ MÜLKİYYƏTİNƏ TƏCAVÜZDÜR

Burda 50 il yaşayanlar isə Rusiyanın Mülki Məcəlləsinə istinad edirlər. Məcəlləyə görə, 15 il ərzində yaşadığın mülkiyyətə iddia olmayıbsa, sən özün ona iddia edə bilərsən. Yəni binalar burda yaşayanların hesab olunmalıdır. Ona görə binaları sökən Moskva hakimiyyətinin hərəkəti başqalarının mülkiyyətinə təcavüzdür.

Buna Moskva hakimiyyətinin cavabı var. Meriya bildirir ki, bir neçə il əvvəl yaxınlıqdakı parkın ərazisi genişləndirilib və Reçnik həmin parka aiddir.

Moskvada Reçnik evləri söküldükcə, bunun ətrafında mübahisə böyüməkdə davam edir. Yabloko Partiyası bu məsələni baş nazir Putinin və prezident Medvedevin iştirak etdiyi Dövlət Şurasının toplantısında qaldırıb.

Ancaq «Panorama» adlı təhlil mərkəzindən olan Vladimir Pribılovski deyir:

«Reçnik ona görə dağıdılır ki, «Fantaziya» adası adlanan yerin çaya çıxışının qabağını kəsir. Reçnikdə cəmi 5 varlı adamın evi var. «Fantaziya» adasında isə generallar, FSB zabitləri, deputatlar yaşayır».
XS
SM
MD
LG