Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:14

Vasif Talıbov «mətbuatın dostu» oldu


Vasif Talıbova «Mətbuatın dostu» fəxri adının diplomu təqdim olunur
Vasif Talıbova «Mətbuatın dostu» fəxri adının diplomu təqdim olunur
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova «Mətbuatın dostu» fəxri adının diplomu təqdim olunub.

Naxçıvan Mətbuat Şurası Ali Məclis sədrinə mükafat verilməsini belə əsaslandırıb: «Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında» 2000-ci il 29 mart tarixli sərəncamı kütləvi informasiya vasitələrinin inkişafı sahəsində əsaslı dönüş yaradıb.

«Şərq qapısı», şəhər və rayon qəzetlərinin maddi-texniki bazası yaxşılaşdırılıb. Redaksiyaların əsaslı təmir olunmuş və ya yeni tikilmiş binalarda yerləşdirilməsi, onlara kompyuter dəstlərinin hədiyyə edilməsi, illik kağız ehtiyatının yaradılması, lazımi texniki avadanlıqla təchiz edilməsi, «Şərq qapısı» qəzetinin gündəlik, şəhər və rayon qəzetlərinin isə həftədə bir dəfə çap olunması, «Əcəmi» Nəşriyyat-Poliqrafiya Birliyinin və «Şərq qapısı» qəzetinin redaksiyası üçün müasir tələblərə cavab verən redaksiya-nəşriyyat kompleksinin yaradılması regionda mətbuatın inkişafına göstərilən qayğının parlaq ifadəsidir».

Diplomu Ali Məclisin sədrinə Naxçıvan Mətbuat Şurasının sədri Fərəc Fərəcov təqdim edib. Məlumatı AzərTAc yayıb.

Naxçıvan Azərbaycanda söz azadlığının daha çox pozulduğu və jurnalistlərin təzyiqlərə məruz qaldığı region kimi tanınır. Muxtar Respublikada müstəqil mətbuat yoxdur. Beynəlxalq təşkilatlar Azərbaycanda söz azadlığının pozulmasına dair hesabatlarında Naxçıvanının adını xüsusi vurğulayırlar.

HƏMÇİNİN BAX

«Prezident Bənənyar hadisələrinə görə Vasif Talıbova təşəkkür etdi»
Bənənyar hadisələri arqumentlərin tükənməsindən doğur
«Bənənyarda dəhşətli şeylər baş verir»
XS
SM
MD
LG