Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:27

Baş nazir Baş qərargaha gedir


Prezident və baş nazir hərbçilərlə birgə paradda, 30 avqust 2007
Prezident və baş nazir hərbçilərlə birgə paradda, 30 avqust 2007
Türkiyə baş naziri R.T.Ərdoğan Silahlı qüvvələr Baş qərargahının rəisi, ordu generalı İlkər Başbuğ ilə həftəlik görüşünü Baş qərargahda keçirməyi qərarlaşdırıb. Görüşün bu gün keçirilməsi nəzərdə tutulur.

Siyasi müşahidəçilər diqqəti Türkiyənin dövlət qurumları, xüsusilə, ordu ilə hökumət arasında yaşanan gərgin dönəmdə baş nazirin bu qərarının önəminə cəlb edir və ölkədəki təzyiqin aşağı düşməsi nöqteyi-nəzərindən Tayyip Ərdoğanın bu addımının faydalı olacağını deyirlər. Çünki indiyə qədərki baş nazir ilə Baş qərargah rəisinin hər həftənin dördüncü günkü görüşü ya baş nazirin icra aparatında, ya da baş nazirin rəsmi iqamətgahında keçirilirdi.

Baş nazir Ərdoğan axırıncı dəfə Baş qərargahda 24 sentyabr 2008-ci ildə ordu generalı İlkər Başbuğu Baş qərargah rəisi seçilməsi münasibəti ilə təbrik etməyə gedib.

İki həftə qabaq ordu generalı Başbuğ, Quru qüvvələri komandanı İşik Koşanərlə birlikdə baş nazirin icra aparatında Tayyip Ərdoğanla 3 saat görüşmüşdü. Bəzi analitiklər İlkər Başbuğun baş nazirin icra aparatına görüş almadan getdiyini və buna görə də Tayyip Ərdoğanın Milli Təhlükəsizlik Şurasının üzvü olan nazirlərlə görüşünü təxirə saldığını iddia etmişdilər.

Baş nazirin müavini Bülent Arınça ordunun bəzi mənsubları tərəfindən planlaşdırıldığı iddia edilən «sui-qəsd» planından sonra məhkəmənin qərarı ilə bir mülki hakim və bir mülki prokurorun Baş qərargahda başlatdığı axtarış və sənəd analizi təxminən 10 gündür ki, davam edir.Ölkədə gərginliyi yüksəldən bu axtarışa sərt reaksiya göstərən ana müxalifət partiyası CHP-nin lideri Dəniz Baykal, «Baş qərargahdakı axtarışdan kartof çıxdı» - deyib. Bülent Arınç isə müxalifət liderinə «70 milyon insan Baykala gülür» - sözləri ilə cavab verib.
Hökumətlə ordu və ədliyyə orqanları arasında yaşanan gərginliyə münasibətini Ali Məhkəmənin sədri Həsən Gerçəkər «Məhkəmələr özlərini müdafiə etmək məcburiyətində qalıblar» - sözləri ilə bildirib.

Müstəqil qurum olan Hakimlər və Prokurorlar Yüksək Şurası da iqtidarı dəstəkləyən media orqanları tərəfindən böhtan və haqsız tənqidlərə məruz qaldığını açıqlayıb. İqtidarı dəstəkləyən media isə iddiaları «demokratiyanın dərinləşdirilməsi» naminə ortaya atdığını yazır.

Prezident Abdullah Gül isə hökumətə yaxın media qurumlarının ordunu «dövlət çevrilişçisi» kimi göstərmə cəhdlərini pisləyib.

Dövlət orqanları arasındakı gərginliyi aradan qaldırmaq məqsədi ilə prezident Gül, yanvarın 5-də hökumət başçısı, məclis sədri və məhkəmə orqanlarının sədrlərini nahar yeməyinə dəvət edərək onlarla fikir mübadiləsi aparıb.
XS
SM
MD
LG