Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:17

Abxaziya cə Cənubi Osetiyanın müstəqliiyini tanımağın təzə yolu


Sakit Okeandakı Nauru adası, Sumqayıtdan 4 dəfə kiçik
Sakit Okeandakı Nauru adası, Sumqayıtdan 4 dəfə kiçik
Sakit Okeandakı Nauru cırtdan dövləti dekabrın 15-də Gürcüstanın separatçı regionları Abxaziyanın müstəqlliyini tanıyıb, Cənubi Osetiyanın müstəqilliyini də tanımağı düşünür. Rusiyanın RiaNovosti Agentliyinin xəbərinə görə, Naurunun xarici işlər naziri Kieren Keke Sxincvaliyə, separtçı Cənubi Osetiyada səfər edərkən deyib ki, müzakirələrə başlamağa hazırdırlar.

Nauru rəsmisi bazar günü Moskvada 50 milyon dollar yardım almaq üçün danışıqlar aparırdı. Kommersant qəzetinin yazdığına görə, Nauru məhz bu yardımın əvəzində Gürcüstanın separatçı bölgələrini tanımağa razılıq verib.

Nauru Parlamentinin binası


Maraqlısı odur ki, Nauru 2002-ci ildə maliyyə yardımı əvəzində öncə Tayvanın müstəqilliyini tanımışdı, ancaq 2005-ci ildə Çİndən yardım alıb qərarını dəyişmişdi.

Cəmi 21 kvadrat kilometr ərazisi və 15 min qədər əhalisi olan Nauru dünyanın ən kiçik dövləti sayılır. 1999-cu ildə BMT-yə üzv olub. Müqayisə üçün Nauru Bakıdan 100, Sumqayıtdan 4, Gəncədən 5-6 dəfə kiçikdir.

Daha öncə Abxaziya və Cənubi OSetiya Separatçılarını ancaq Rusiya, Nikaraqua və Venesuela tanıyıb.
XS
SM
MD
LG