Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:38

Bloqqerlərin valideynlərinin apellyasiya şikayəti təmin edilmədi


Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər
Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər
Dekabrın 9-da Apellyasiya Məhkəməsi bloqqerlər Adnan Hacızadə və Emin Millinin valideynlərinin şikayətini təmin etməyib. Hakim Səbail Rayon Məhkəməsinin qətnaməsini qüvvəsində saxlayıb.

Bu barədə AzadlıqRadiosuna Adnan Hacızadənin vəkili İsaxan Aşurov məlumat verib. Vəkil Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verəcəklərini bildirib.

Bloqqerlərin valideynləri istintaq müddətində övladları ilə görüşə icazə vermədiyi üçün Səbail rayon polis idarəsinin müstəntiqi Ziya Əliyevdən şikayətçidirlər. İddiada 44 günlük istintaq müddətinin hər biri üçün Ziya Əliyevdən 20 manat, ümumilikdə isə 880 manat tutulması tələb edilir.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
XS
SM
MD
LG