Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:44

Nardaranda işıq aksiyası


Nardaran sakinləri etiraz aksiyasında avtomobil şinini yandırıblar, 4 aprel 2009
Nardaran sakinləri etiraz aksiyasında avtomobil şinini yandırıblar, 4 aprel 2009

RƏSMİLƏR NARDARANLILARIN ÜÇ İLLİK İŞIQ BORCUNUN OLDUĞUNU BİLDİRİR

"Bakıelektrikşəbəkə"nin enerji paylayıcı şirkətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirir ki, Nardaran qəsəbəsinə elektrik enerjisini yalnız Həcc ziyarətindən gələnlər olduğu üçün, onlara hörmət əlaməti olaraq bərpa ediblər.

Onun bildirdiyinə görə üç il yarıdmdır ki, bu qəsəbədə elektrik sayğacları qoymağa çalışırlar, amma sakinlər buna imkan vermirlər. Tanrıverdi Mustafayev dəqiq məbləği xatırlamasa da ümumilikdə son üç il yarımda Nardaranın elektrik enerjisinin haqqını ödəmədiyini bildirir.

Nardaranda işıq etirazı
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00
Direct-ə keçid


AKSİYA DAYANDIRILDI

Elektrik enerjisinin verilməsi bərpa olunandan sonra sakinlər aksiyanı dayandırmaq qərarına gəliblər. Sabunçu rayon Polis İdarəsinin rəhbərliyi Nardarandadır. Qarsidurma olmayib.

Sakinlər deyir ki, əksəriyyət pulu vaxtinda ödəyir, ola bilsin pulu kimsə yeyir, büdcəyə çatdirmir. Onlar hesab edirlər ki, kimsə nardaranlilari qəsdən qiciqlandirib sabitliyi pozmaga çalisir.

Nardaranlılar yaranmış vəziyyətə görə, əsasən yerli icra hakimiyyəti orqanlarını günahlandırırlar. Toplaşanlardan biri deyib ki, görünür, indiyə qədərki etiraz aksiyalarında ABŞ bayrağındansa, yerli icra strukturları rəhbərlərinin şəkillərini yandırmaq lazım imiş. Çünki onların problemlərinə məhəl qoymayan məhz yerli icra strukturlarıdır.

Aldığımız məlumata görə sabah saat yenidən İmam Hüseyn meydaninda aksiya keçirib məsələni çözməyə çalisacaqlar.

***

İŞIĞI YANDIRDILAR
AzadliqRadiosunun Nardaranda olan müxbirləri xəbər verirlər ki, bu qəsəbəyə elektrik enerjisinin verilməsi bərpa olunub.

***

NARDARANDA YOLLARI BAĞLAYIB, TƏKƏRLƏRƏ OD VURUBLAR
Nardaranın Ağsaqqallar Şurasının sədri Natiq Kərimov AzadliqRadiosuna deyib ki, hazırda Nardarana gələn avtomobil yollarını bağlayıblar, qəsəbənin ortasında maşın təkərlərinə od vururlar.

Əraziyə polis gəlib. Amma Natiq Kərimovun dediyinə görə, heç bir qarşıdurma müşahidə olunmur.

"Bakıelektrikşəbəkə"nin enerji paylayıcı şirkətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Turan agentliyinə bildirib ki, qəsəbədə elektrik enerjisi sakinlərin "aylarla yığılan borcları ilə" əlaqədar kəsilib. Onun sözlərinə görə Nardaran qəsəbəsində abunəçilərər bir necə dəfə xahiş və xəbərdarlıq edilib ki, borclarını ödəsinlər.

XS
SM
MD
LG