Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:39

«Müharibə ehtimalı arxa plana keçməsə…»


Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev
«Müharibə ehtimalı arxa plana keçməsə «Alternativ hərbi xidmət haqqında» qanun layihəsi parlamentdə müzakirəyə çıxarılmayacaq».

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev noyabrın 20-də jurnalistlərə verdiyi açıqlamada belə deyib. Onun sözlərinə görə, qanun layihəsi Avropa Şurası ekspertlərinin rəyini alıb:

«Layihə üzərində hazırda iş gedir və istəyirik ki, növbəti ilin əvvəllərində onu tamamlayaq. Ancaq bu layihənin parlamentdə çıxarılması Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Əgər bu danışıqlarda müsbət nəticə əldə edilsə və Qarabağın hərbi yolla işğaldan azad edilməsi arxa plana keçsə, sənəd Milli Məclisin müzakirəsinə çıxarılacaq. Danışıqlar prosesində çətinlik yaransa layihə müzakirə olunmayacaq».

Səfa Mirzəyevin sözlərinə görə, indiki şəraitdə hərbçilər də bu sənədin qəbul olunmasının əleyhinədirlər.

«Alternativ hərbi xidmət haqqında» qanunun qəbulu Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərdən biridir. Ancaq indiyə qədər bu qanun qəbul olunmayıb.
XS
SM
MD
LG