Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:55

«Amnesty International» bloqqerlərin həbsindən narahatdır


«Amnesty International»ın loqosu
«Amnesty International»ın loqosu
“Amnesty İnternational” təşkilatı gənc fəallar Emin Milli və Adnan Hacızadənin həbsindən narahatlıq bildirib.

Təşkilatın Avropa və Orta Asiya üzrə əməkdaşı Lydia Aroyo bildirib ki, təşkilat polis və məhkəmə orqanının bu işi obyektiv araşdırmaması, potensial şahidlərin dindirilməməsi və hadisə yerindəki təhlükəsizlik kameralarının aldığı görüntülərin araşdırılmamasından narahatdır və bu ümumilikdə hökmün ədalətli olmasını kölgə altında qoyur.

Lydia Aroyo prosesin şəffaf keçirilmədiyi və beynəlxalq normalara cavab vermədiyini deyir.

O sonda qeyd edib ki, Azərbaycanda bir çox insanlar hakimiyyəti tənqid etdiyinə görə təqib olunur və “ Amnesty İnternational ” təşkilatı ümumilikdə Azərbaycanda söz azadlığının vəziyyətindən dərin narahatdır.

MÖVZUYA MÜNASİBƏTİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG