Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:20

Azərbaycanlı nazirlərə verdiyi ordenlər Kaçinskinin başağrısına çevrilib


Prezident İlham Əliyev (solda) və prezident Lex Kaçinski (sağda), Varşava, 26 fevral 2008
Prezident İlham Əliyev (solda) və prezident Lex Kaçinski (sağda), Varşava, 26 fevral 2008
Polşa prezidentinin Azərbaycanın bir qrup məmuruna ölkəsinin ən yüksək orden və medallarını verməsi Varşavanın baş ağrısına çevrilir.

Bugünlərdə yerlı qəzetlərdən “Gazeta Wyborcza”da "Sporne Ordery dla Azerskich Politykow" (“Azərbaycan siyasətçilərinə mübahisəli sifariş”) başlığı altında bir məqalə çap olunub. Məqlədə qeyd olunur ki, prezident Lex Kaçinskinin Azərbaycanın bir qrup nazirini ən yüksək orden və medallarla təltif etməklə bu ölkədə demokratiya və azadlıq uğrunda mübarizə aparanları məyus edib.

Bu məqaləni Polşada başqa müstəqil və müxalifət qəzetləri, həmçinin internet səhifələri və Polşanın ictimai Radiosu təkrar-təkrar yayıblar. Bununla da prezidentin ünvanına tənqidlər şiddətlənib.

Parlamentdə çoxluqda olan Vətəndaş Platforması Partiyasından (Platforma Obywatelska) millət vəkili Antoni Mezydlo deyib ki, Polşa prezidentinin bir avtoritar ölkənin nazirlərini mükafatlandırması skandaldır.

Rəsmilər Polşa Radiosu 3 kanalında təşkil olunan diskussiyada bu ordenlərin normal diplomatik nəzakət və təcrübə olduğunu deyiblər.

Polşadakı Helsinki Fondunun nümayəndəsi də prezidentin Azərbaycan nazirlərini təltif etmək qərarını tənqid edib. O, belə bir bənzətmə işlədib: təsəvvür edin ki, Polşa general Yaruzelskinin kommunist hakimiyyəti illərində yaşayır və belə bir zamanda Qərb liderləri də onun nazirlərini mükafatlandırır. Onda biz özümüzü necə hiss edərdik?

Prezident Lex Kaçinskinin fərmanı ilə Polşa qarşısında xidmətlərinə görə təltif olunan nazirlərə və mədəniyyət adamlarına ordenlər ötən ay - oktyabrın 16-da təqdim olunub. Onların arasında Xarici İşlər naziri Elmar Məmmədyarov, sənaye və energetika naziri Natiq Əliyev, Daxili İşlər naziri Ramil Usubov, Milli Təhlükəsizlik naziri Eldar Mahmudov, millət vəkili Mehriban Əliyeva, Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və başqa elm və incəsənət adamları var.
XS
SM
MD
LG