Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:34

Həmsədrlər Bakıya qayıdıb prezidentlə yenə görüşdülər


İlham Əliyev həmsədrləri qəbul edir, 6 noyabr 2009
İlham Əliyev həmsədrləri qəbul edir, 6 noyabr 2009

Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Yuri Merzlyakov(Rusiya), Robert Bradke (ABŞ) bu gün yenidən Bakıya gələrək prezident İlham Əliyevlə görüşüblər.

Rəsmi informasiya agentliyi «AzərTAc» bildirir ki, görüşdə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmsədrlər Yerevanda prezident Serj Sarkisyan və Xarici İşlər naziri Edvard Nalbandyanla görüşür, 6 noyabr 2009


Həmsədrlər elə dünən Bakıda İlham Əliyevlə həmin məsələni müzakirə etmişdilər. Bu gün onlar Yerevanda prezident Serj Sarkisyan və Xarici İşlər naziri Edvard Nalbandyanla görüşdən sonra hansısa səbəbdən yenidən Bakıya dönüblər. Hələlik, rəsmi mənbələrdə bu barədə bir məlumat verilmir.

Bundan əvvəl həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlamaq istədiklərini bildirmişdilər.

XS
SM
MD
LG