Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:39

«Ajiotaj əsassızdır…»


Bakının «İlahiyyat» məscidində cümə namazı, 22 may 2009
Bakının «İlahiyyat» məscidində cümə namazı, 22 may 2009
«Bir neçə yerdə məhdudiyyətlərin tətbiqi azana qadağa kimi qiymətləndirilməməlidir». Bunu AzadlıqRadiosuna Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. O hesab edir ki, məsələylə bağlı qaldırılan ajiotaj əsassızdır:

«Bəzi məkanlarda sadəcə azanını səsinin aşağı verilməsi gündəmdə olub. Bunun da ətrafında ajiotaj yaratmaq lazım deyil. Bu məhdudiyyət də ətrafda yaşayan adamların narahat olmamasına görədir. Azanın qadağa edilməsindən isə söhbət gedə bilməz».

«Sizə şikayətlər olubmu» sualının cavabında isə Rəhimə Dadaşova bildirib ki, onlara azanın səsinin yüksək verilməsiylə bağlı hər hansı bir vətəndaş şikayət eləməyib.

Noyabrın 1-dən Bakı və Gəncə şəhərlərində bir neçə məsciddə azanın səsləndirilməsinə məhdudiyyətlər qoyulub. Bəzi məscidlərdə azan əvvəlkindən aşağı səslə verilib. Bəzi ibadət ocaqlarında isə azan, ümumiyyətlə səsləndirilməyib.
XS
SM
MD
LG