Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:22

BMT işçiləri üçün ən təhlükəli ölkələr


BMT Baş katibi əfqan hökumətini BMT işçilərini qorumaq üçün daha çox iş görməyə çağırıb
BMT Baş katibi əfqan hökumətini BMT işçilərini qorumaq üçün daha çox iş görməyə çağırıb
BMT Baş katibi əfqan hökuməti və beynəlxalq ictimaiyyəti Əfqanıstanda BMT işçilərini qorumaq üçün daha çox iş görməyə çağırıb.

Bir neçə gün öncə Taliban yaraqlılarının Kabildə BMT-nin qonaq evinə hücumu nəticəsində 5 BMT əməkdaşı və 3 əfqan ölüb.

Ban Ki Munun fikrincə, təhlükəsizlik xidməti BMT nümayəndələrinin mühafizəsini gücləndirməlidir. Xüsusilə də Əfqanıstanda prezident seçkilərinin ikinci turu ərəfəsində.

Əfqanıstanda seçkilər noyabrın 7-nə təyin olunub. Taliban seçkilərə mane olmağa çalışır.

BMT Baş katibi hesab edir ki, Əfqanıstan və qonşu Pakistan BMT işçiləri üçün ən təhlükəli ölkəyə çevrilibdir.

Bu il missiyanın 27 işçisi ölüb, onların yarıdan çoxu bu iki ölkənin payına düşür.
XS
SM
MD
LG