Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:27

Magistratura alimlərə əngəl törədir


Boloniya sistemində elmlər doktoru olmaq istəyənlər magistr pilləsindən sonra bir dəfə elmi iş müdafiə edir
Boloniya sistemində elmlər doktoru olmaq istəyənlər magistr pilləsindən sonra bir dəfə elmi iş müdafiə edir
«Birpilləli elmi dərəcələrin verilməsi sistemini saxlamağımızın əsas səbəbi budur ki, bu gün magistr hazırlığı təhsil proqramlarının istənilən səviyyədə deyil».

Bunu AzadlıqRadiosuna müsahibəsində Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

Əksər Avropa ölkələrinin tətbiq etdiyi Boloniya sistemində elmlər doktoru olmaq istəyənlər magistr pilləsindən sonra bir dəfə elmi iş müdafiə edir. Azərbaycan da Boloniya sisteminə qoşulub, amma ölkənin yeni «Təhsil qanunu»na görə, elmlər doktoru olmaq istəyənlər magistr pilləsindən sonra iki dəfə elmi iş müdafiə etməlidirlər - bir dəfə fəlsəfə doktoru, bir dəfə də ixtisas üzrə doktorluq.

Deputat Şəmsəddin Hacıyev deyir ki, magistr hazırlığı üzrə kurrikulum proqramlarını inkişaf etdikdən və başqa zəruri mexanizmlər hazırlanandan sonra Azərbaycan da birpilləli sistemi tətbiq edəcək.

Fəlsəfə doktorluğundan sonra ixtisas üzrə yenidən doktorluq dissertasiyası müdafiə edilməsi ilə bağlı keçid müddəa «Təhsil qanunu»nda əksini tapıb. Amma bu keçid dövrünün konkret müddəti göstərilməyib.
XS
SM
MD
LG