Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:38

Əliyevlə Sarkisyanın görüşü planlaşdırılandan uzun oldu


8 oktyabr 2009,İlham Əliyev və Serj Sarkisyan Kişinyovdakı ABŞ səfirliyindəki görüşdən öncə
8 oktyabr 2009,İlham Əliyev və Serj Sarkisyan Kişinyovdakı ABŞ səfirliyindəki görüşdən öncə
Moldovada, ABŞ-ın Kişinyovdakı səfirliyində keçirilən Azərbaycan prezidenti İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyanın görüşü başa çatıb. AzadlıqRadiosunun Moldova xidmətinin əməkdaşının səfirlikdən verdiyi məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri – Rusiyalı Yuri Merzlyakov, Fransalı Bernar Fasye və Amerikalı Robert Bradtke də iştirak edib.

Görüşün Bakı vaxtıyla axşam saat 10-da başa çatması və həmsədrlərin jurnalistlərə açıqlama verməsi planlaşdırılırdı. Amma prezidentlərin müzakirəsi 4 saata yaxın davam edib.

Görüşdən sonra həmsədrlər jurnalistlərə açıqlama veriblər. Azərbaycan və ermənistan prezidentlərinin həmsədrlərin münaqişənin həlliylə bağlı verdikləri yeni təklifləri müzakirə elədiklərini bildiriblər.

(Görüşdən fotosessiyaya baxmaq üçün BURA daxil ol)


Rusiyalı həmsədr Yuri Merzlyakov jurnalistlərin sualına cavab olaraq, həm yeni, həm də daha əvvəlcədən mübahisəli qalan məsələrin müzakirə edildiyini bildirib. Amma konkret hansı yeni və köhnə təkliflərin müzakirə edildiyini açıqlamayıb.

İlk dəfə olaraq Azərbaycan və Ermənistan prezidentləri ilə görüşən Minsk qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke ümumilikdə grüşün konstruktiv olduğunu deyib və müzakirələrin davam etdiriləcəyini bildirib. Bradtkenin sözlərinə görə, prezidentlər bir daha görüşməyi qərara alıblar və xarici işlər nazirlərinə müzakirə edən məsələlərlə bağlı işi davam etdirməyi tapşırıblar.
XS
SM
MD
LG