Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:33

Dağlıq Qarabağ üzrə çərçivə sazişi yaxındır?


Prezidentlər Moskvada, 17 iyul 2009
Prezidentlər Moskvada, 17 iyul 2009
«Dağlıq Qarabağ problemi üzrə çərçivə sazişi əldə oluna bilər».

Bunu Beynəlxalq Böhran Qrupu (BBQ) son hesabatında yazır.

«Ermənistan və Azərbaycan əhəmiyyətli sazişə yaxındırlar, ancaq fikir ayrılıqları qalır».

BBQ-nin fikrincə, «Türkiyə ilə Ermənistanın barışığı Qarabağ probleminin həllinə imkan yaradır».

BBQ təhlükələrə də toxunur. Təşkilat yazır ki, «Ermənistanda ictimai fikirdəki narazılıq çərçivə sazişinin qabağını ala bilər».

Əsas fikir ayrılığı isə odur ki, «Azərbaycan Dağlıq Qarabağın Azərbaycan tərkibində olmasını istəyir, erməni tərəfi isə referenduma tərəfdardır».

Sülh prosesinə kömək üçün BBQ-nin öz təklifləri də var. Onlardan biri budur ki, «rəsmi Bakı Dağlıq Qarabağın de-fakto hakimiyyəti ilə birbaşa kontaktlara getsin».
XS
SM
MD
LG