Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:24

Seymur Baycan "Sərçələr" HEKAYƏ


"...Dedi ki, birinci dəfədir oğlanla öpüşürəm. Əlimi döşünə atdım. Yalvardı, elə hərəkət etməyim. Özündən getmişdi..."

"...Bir dəfə atası məni onunla parkda gördü. İstədi məni vursun. Qızıyın döşünün üstündə xal var, ona bax, sonra üstümə gələrsən deyəndə başın aşağı saldı..."

İki sıra düzülmüş əsgərlər hər gün günorta yeməyindən sonra yarım saat bölük komandirinin (b/k) söylədiyi şifahi erotik seriala qulaq asırdılar. Gözələr dikilirdli sıranın qarşısında virtual sevgilisin, fantaziyasın yükləyib dəlmə-deşik edən b/k-nın ağzına. O da danışırdı: "Pis çıxmasın, mən bir az belə işlərdə təcrübəliyəm. Aranızda evli olanlarınız var, onlar bilərlər.

Kişinin ən böyük bədbəxtçiiyi yataqda qadından tez qurtarmağıdır. Ona görə də- məndən sizə məsləhət-gələcəkdə qadınla olsanız gedişatda fikrinizə başqa şeylər gətirin. Baş barmağınızı sinəsinin ucuna sürtəndə elə düşünün ki, çəkməçi dükanından oğurlanmış köhnə bir radioda kərkük dalğası tutub, "evlərinin dalı yonca" mahnısın eşitmək istərsiniz...

Öpəndə elə təsəvvür edin, guya yayda tumturş payız alması yeyirsiz, ağzınız bürüşür..."

Hər şey səhər yeməyi zamanı çörək qırıntıları oğurlamaq ümidilə bir neçə sərçənin əsgər yeməkxanasına girib uçuşmasından başladı.

Ќaşı və görmə qabiliyyəti zəif dəllək tərəfindən təzə sünnət olunmuş uşaqlar kimi ayaqlarını ifrat dərəcədə aralı ataraq yeridiyindən, supergopçu olduğundan əsgərlərin öz aralarında Cimi adlandırdıqları b/k -i sərçələri görəndə olmayan ağlına nə gəldisə aşpaz Xanlara günortaya beş sərçə tutub bişirməyə tapşırdı. Əsgərlərin günorta yeməyi iki saat geciksə də yeməkxana naryadı yağda qızardılmış sərçəni boşqabda b/k-nın hüzuruna gətirdi.

Cimi yağda qızardılmış sərçələri bir-bir ağzına atıb sümüklü-zadlı yedi.

Həmin gün bölüyün iş rejimi pozuldu. Əsgərlər iki sıra düzülüb günorta yeməyinən sonra gündəlik naryadın təyin olunmasını gözləyirdi. B/k isə sakitcə dayanmışdı. Ќəhayət əlini döş cibinə atıb gündəlik naryad cədvəli əvəzinə iri döşlü, vulqar baxışlı qız şəkili çıxartdı. Xeyli qıza baxdı, nəsə xatırlayıb və guya bundan mütəəssir olan adam pozası aldı.

Sifətinə düşük sentimental ifadə verdi. İki sıra düzülmüş əsgərlər gözlərini dikmişdilər b/k-nın süni ifadə verdiyi sifətinə. B/k əsgərlərdən heç kimin ona maraq dolu sual vermədiyini görüb və sual verilməyəcəyini anlayıb özü danışdı. Əslində sifətə süni ifadə vermək, xatirələrdən təsirlənmiş adam pozası almaq əsgərlərdə maraq oyatmaq cəhdləri idi. Əgər kimsə ona şəkildəki qızın şəxsiyyəti ilə bağlı sual verərdisə, b/k onu xeyli danlayardı. heç kim sual vermədi, ona görədə b/k özü danışdı.

"Tağıyev kombinatı tərəfdə bir "moyka" var . qara dəmir darvazasının üstünə ağ rəngli boyayla "yuyucu" yazılıb. Darvaza taybatay açılanda üstünə ağ rəngli boyayla yazılmış "yuyucu" sözü iki yerə bölünür. "Yuy"və "ucu" - hərəsi qalır darvazanın bir tayında. Biz ordan keçəndə bir-birimizə baxıb gülümsəyərdik. Hər dəfə də mən ona deyirdim. İkiyə bölünmüş söz darvazanın hər tayında necə eybəcər məna verirsə , biz də ayrılıqda elə görünürük"- deyib kitelinin döş cibindən çıxardığı iri döşlü, vulqar baxışlı qız şəklin şalvarının yan cibinə qoyub otağına çəkildi.

Və beləcə aşbaz Xanlar istisna olmaqla əsgərlərin mənalı günləri start götürdü. Hər gün günortadan sonra b/k-nın şifahi erotik serialın növbəti hissəsin söyləyib, kitelinin döş cibindən çıxardığı vulqar baxışlı qız şəklin şalvarının yan cibinçə qoyub , otağına çəkilməsi, bölük növbətçisinə dönə-dönə onu narahat etməməyi tapşırması, otaqda nə əməl törətməsi , əsgərlərin bitməyən araşdırma mövzusu idi.

Amma bir dəfə "kombat"ın qəflətən , batalyondan 18 kilometr aralıda yerləşən bölüyə təftişə gəlməsi onlara ipucu verdi. Hövlnak otaqdan çıxan "Cimi" qızarıb pörtmüşdü, sifətində erkən yeniyetməlik çağlarına xas utancaqlıq ifadəsi vardı. Adətən yeniyetmələr təbiətin diktə etdiyi, yaş dövrünə uyğun və vacib prosesdən sonra, yalnız üst dodaqla gülümsəyirlər...

Şifahi erotik serialın təxminən 50-ci günlərində b/k evlənmək üçün məzuniyyətə çıxdı. Əsgərlər sevindi, gözlənilən və labüd hadisəni təfərrüatıyla eşitmək həvəsilə. Düşünürdülər, b/k geri dönəndə zifaf gecəsin ən kiçik epizodlarına qədər onlara danışıcaq. Xasiyyətini bilirdilər. Bir dəfə ərzaq satıb, qəsəbədən otağına fahişə gətirmişdi. Düz bir ay yataq tryuklarından danışdı.

Halbuki, danışdıqları vaxt baxımından iyirmi gecəyə sığmazdı, heç otuz gecənin də işi deyildi. Bəzən onlara, əsgərlərə hərbi təlim keçdiyi vaxt heç bir səbəb olmadan yaxınlıqdakı dəftərxanaya girərdi .

On beş dəqiqə sonra üst-başı tökülmüş halda idarədən çıxardı. Güya ürəyi istədiyi vaxt, ən ekstremal şəraitlərdə belə dəftərxanada işləyən şişman qadını süpürləyib altına salmaq imkanı var. Bu sayaq hərəkətləri ətrafdakı insanlarda, barəsində kefcil, baz, qadınların ürəyinə daima dağ çəkmiş adam imici formalaşdırmaq məqsədi güdürdü.

B/k-nın məzuniyyət müddəti bitsədə geri dönmürdü. Sərçələr həyasızlaşır, əsgərlər isə b/k-nın gecikməsindən tantal əzabı çəkirdilər. Zifaf gecəsində baş verənləri ən kiçik epizodlarına qədər eşitmək həvəsi sönmürdü...

...Nəhayət, o, qayıtdı. Arıqlayıb, rəngi solmuşdu, gözləri, yolxucu dəri xəstəliyinə tutulmuş adamlar kimi yorğun və ölgün görünürdü. Günorta yeməyi zamanı yeməkxanada uçuşan sərçələrə xeyli baxdıqdan sonra aşbaz Xanları yanına çağırıb sərçələrə toxunmamağı tapşırdı.

Yeməkxanadan çıxıb iki sıra düzülən əsgərlərə heç nə demədi .Sıranın qarşısında dayanıb, kitelinin döş cibindən hamının gözlədiyi kimi, vulqar baxışlı, iri döşlü qız şəkli deyil, gündəlik naryad cədvəli çıxardı. Naryad təyin edib, sakitcə otağına çəkildi. Axşama qədər otaqdan bayıra çıxmadı. Evli olan əsgərlərdən biri dedi: Yəqin təzə gəlin, b/k-nı çox yorub, gücə salıb. Yəqin, bir neçə gündən sonra, ehtirasını olmuşları danışmağa xərcləyər.

Bir aydan sonra batolyondan gəlmiş hərbi həkim zəiflikdən yataqdan qalxa bilməyən, tam halsızlaşmış b/k-nı qospitala apardı. Səhəri gün sübh tezdən b/k-nın otağının pəncərəsi altında bir topa sərçənin, vəhşi civiltiylə nəysə dimdikləməsi, postdan qayıdan çavuş Seymurun diqqətin çəkdi.

İki addımlıqlarına çatsa da həyasızlaşmış sərçələr onu veclərinə almırdı. Aşağı əyildi. Sərçələr pırıltısız-zadsız sakitcə dəmir löhvənin üstünə qondular. Yerdə ağaran vulqar baxışlı qızın şəkli idi. Sərçələr onun superqiqant döşlərin dimdikləyib deşik-deşik etmişdilər.
XS
SM
MD
LG