Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:29

2009-cu ilin Rafto Mükafatı Məlahət Nəsibovaya verildi


Məlahət Nəsibova
Məlahət Nəsibova
2009-cu ilin Rafto Mükafatı Azərbaycanlı jurnalist və insan haqları müdafiəçisi Məlahət Nəsibovaya verilib.

O, azad və müstəqil mətbuat yolunda göstərdiyi sarsılmaz əməyinə və cəsurluğuna görə bu mükafata layiq görülüb. M.Nəsibova Naxçıvan Muxtar Respublikasındakı hakim dairələrin qanunsuzluğu, insan haqlarının pozulması və korrupsiya halları barədə məlumatları ictimaiyyətə çatdırmaq üçün öz təhlükəsizliyini zərbə altına qoymaqdan belə çəkinməyir.

M.Nəsibova Azad Avropa/Azadlıq radiosunun və Turan informasiya agentliyinin müxbiridir. O həmçinin Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-lərin İnkişafının Resurs Mərkəzinə rəhbərlik edir.

Mükafatı Norveçin Bergen şəhərində, Milli Teatrında noyabrın 1-də təqdim ediləcək.

Noveçin Rafto Fondu 1986-cı ildə Bergen şəhərində professor Thorolf Raftonun ölümündən sonra təsis edilib. Rafto Mükafatı insan haqları üzrə beynəlxalq statusa malik olan mükafatdır.

NOVEÇİN RAFTO FONDUNUN BƏYANATI BARƏDƏ ƏTRAFLI

DOSYE


Noveçin Rafto Fondu 1986-cı ildə Bergen şəhərində professor Thorolf Raftonun ölümündən sonra təsis edilib. T.Rafto uzun illər zülmə və təqiblərə məruz qalan insanlara kömək edib. Fondun yaradılmasının məqsədi də onun əməllərinin davam etdirilməsi olub.

Rafto mükafatı ilk dəfə olaraq 1987-ci ildə verilib. Mükafatın rəsmi adı belədir “Professor Thorolf Raftonun xatirə mükafatı”

Mükafatın təqdimatı hər il noyabrın əvvəllərində, professor Raftonun ölüm günü keçirilir.

Mükafatın təqdimatı ilə bağlı təşkilatı işləri Rafto Fondunun icra orqanı olan Rafto Evi adlanan qurum həyata keçirir.


Rafto Mükafatı insan haqları üzrə beynəlxalq statusa malik olan mükafatdır. İndiyə qədər bu mükafatı alan şəxlərdən Birmalı Aunq San Suu Kyi (1990), Şərqi Timordan Joze Rasmos-Horta (1993), Cənubi Koreyadan Kim Dae-Junq (2000) və İranlı Şirin Ebadi sonradan Nobel Sülh mükafatına da layiq görülüblər.

Rafto Mükafatı dünya ictimaiyyətinin diqqətinin həmrəyliyə ehtiyacı olan fərdlərə və cəmiyyətlərə, habelə insan haqlarının pozulması hallarına yönəldilməsinə çalışır.

XS
SM
MD
LG