Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:45

Tıxaca görə kompensasiya tələb etmək olar


Ərşad Hüseynov
Ərşad Hüseynov
«Yollarda aparılan inşaat işlərinə görə vaxt itirən, saatlarla tıxaclarda gözləməli olan vətəndaşlar tikintinin sifarişçisi olan dövlət orqanını məhkəməyə verə bilərlər. Bu hüquq pozuntusuna və vaxt itkisinə görə onlar kompensasiya tələbi ilə iddia qaldıra və qanunla məsələnin öz xeyirlərinə həllinə nail ola bilərlər. Bu, dövlət strukturlarında məsuliyyət hissini də gücləndirə bilər».

Hüquqşünas Ərşad Hüseynov AzadlıqRadiosunun «İşdən sonra» proqramında belə deyib. Onun sözlərinə görə, əgər yol tikintisini sifariş edən dövlət qurumu bir neçə vətəndaşa kompensasiya ödəsə, yaxud hüquq pozuntusuna görə məhkəmə çəkişməsinə cəlb olunsa, belə hallarla rastlaşmamaq üçün gec-tez öz işini tələblərə uyğun qurmağa məcbur olacaq:

«Həmçinin sürücülər avtobusu dayanacaqdan kənarda saxlatdırmağa çalışan sərnişinlərin hərəkəti ilə bağlı polisə müraciət edə bilərlər. Bu cür sərnişinlər qanunla nəzərdə tutulan cəriməni bir neçə dəfə ödəsələr, inadlarından əl çəkəcəklər. Yollarda yaranan tıxaclar vaxt itkisi, əlavə yanacaq sərfi kimi maddi zərərlərlə yanaşı, səhhətə ziyan vuran səs-küy, ekoloji çirklənmə və sair neqativ hallara da səbəb olur. Bunların hamısına görə tıxacın yaranmasına səbəb olan amilin aradan qaldırılmasına məsuliyyət daşıyan dövlət strukturunu hər kəs məhkəməyə verə bilər».

Hüquqşünas deyir ki, Azərbaycan qanunvericiliyi insan hüquqları baxımından heç də Qərb ölkələrindən geridə qalmır:

«Sadəcə bunu işlətmək lazımdır. İctimai praktikada bu işləsə, məsələn, sürücü yadında saxlayacaq ki, yaşayış məntəqəsində yersiz siqnal vermək olmaz»
XS
SM
MD
LG