Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:11

«Zəif hakimiyyətlərdə paranoya və məntiqsiz qorxular getdikcə güclənir»


Mark Pritchard

21-ci əsrdə hakimiyyətlərin adamların internetdə kommunikasiyasına əngəl törətmək cəhdi vaxtın və enerjinin boşuna xərclənməsidir. Britaniya parlamentinin mühafizəkarlardan olan üzvü Mark Pritchard bu barədə AzadlıqRadiosuna Polşada keçirilən İqtisadi Forumda müsahibəsi zamanı deyib:

- Azərbaycanda iqtisadi islahatlar sahəsində bəzi irəliləyişlər olsa da insan haqları sahəsində vəziyyət gərgin olaraq qalır. Sizcə, bu, Avropa ölkələri üçün narahatedici bir vəziyyət deyilmi?

- Məncə, Azərbaycan nəzərə almalıdır ki, onunla daha çox ticarət əlaqələrinə can atan Avropa ölkələrinin əksəriyyəti bilir ki, ticarətlə insan haqları sahəsində proseslər paralel aparılmalıdır. Onlar ölkə daxilində əsas azadlıqların təmin edilməsinin, söz, din, vətəndaş cəmiyyəti subyektlərinin azadlığının təmin edilməli olduğunu bilirlər.

- Bloqqerlərin həbsinə sizin münasibətiniz necədir?


- 21-ci əsrdə insanların internetlə ünsiyyətinə dövlətlərin hər hansı maneə yaratmaq cəhdləri vaxtın və enerjinin boşa sovurulması deməkdir. Bu, vedrə ilə yağışın yağmasının qarşısını almaq kimi bir şeydir. Fakt budur ki, insanlar ünsiyyət üçün başqa yollar tapacaqlar. Məncə, hər hansı ölkədə yalnız zəif hakimiyyətlər söz azadlığını məhdudlaşdırmağa cəhd edirlər. Amma əlbəttə ki, bu ünsiyyət internetin vasitəsilə həyata keçiriləcək. Vətəndaş cəmiyyətinin inkişafı hakimiyyətin güclənməsinin işarəsidir. Bura jurnalistlərə fikirlərini çap etməyə və danışmağa imkan vermək də daxildir.

- Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyinin «Eurovision» mahnı müsabiqəsində Ermənistana səs vermiş adamları dindirməsinə sizin fikriniz nədir?


- Bu, hakimiyyət tərəfindən tamamilə dözümsüz bir rekasiyadır. Mən artıq qeyd etdiyim kimi, zəif hakimiyyətlərdə paranoya və məntiqsiz qorxular getdikcə güclənir.

Sağlam mənqitlə fikirləşəndə, burada milli təhlükəsizliyə, hər hansı dövlətə və ya hökumətə qarşı heç bir təhlükə görünmür.
XS
SM
MD
LG