Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:51

Altı milli fəalla 10 il həbs cəzası verilib


Həbs olunan fəallar
İranın Ərdəbil şəhərində beş milli fəala ağır həbs cəzaları verilib. Ərdəbil Apellyasiya məhkəməsinin 7-ci şöbəsi Behruz Əlizadə, Vədud Səadəti, Rəhim Qulami, Hüseyn hüseyni Mehmandar, Ərdəşir Kərimi hərəsi bir il və Əsgər Əkbərzadə ilkin məhkəmə qərarına əsasən, beş il həbs cəzasına məruz qalib. Apellyasiya məhkəməsi hələlik keçirilməyib.

Həbsə məruz qalan ərdəbilli fəalların vəkili, Məhəməmməd Rıza Fəqihi AzadlıqRadiosuna müsahibə verib:

- Ərdəbilli fəallar nə üçün tutulmuşdu və onlara qarşı irəli sürülən ittiham nədən ibarətdir?

- Bu fəallar 16 ay bundan əvvəl həbs olunub. Onlar milli kimliklə və azlıqların hüquqları ilə bağlı elan yayarkən Ərdəbil şəhərində tutulmuşdular. Mən belə düşünürdüm ki, onlara qarşı yürüdülən ittiham əz uzağı «yalan və səhv fikirləri yaymaq» , yaxud «rejim əleyhinə təbliğat» ola bilər. Lakin, onlara qarşı ilkin məhkəmədə eyni zamanda 3 ittiham irəli sürülmüşdü.

- Bu üç ittiham nədən ibarətidir?

- Yalan və səhv məlumat yaymaq və milli təhlükəsizliyi pozmaqdan əlavə, onları «qanunsuz şəkildə yaranmış qrupda üzv olmaq vasitəsilə milli təhlükəsizliyi pozmaq» ittihamı Ərdəbilin İnqilab Məhkəməsində onlara qarşı irəli sürülmüşdü.

- Siz qanunsuz qrupdan danışdınız. Bu qrup konkret nədən ibarətdir?

- Deyirdilər ki, fəallar Milli Azərbaycan Təşkilatına üzvdürlər. Mən İnqilab məhkəməsində dedim ki, belə bir təşkilat yoxdur, Azərbaycanda yaranmış milli hərəkat subyektiv bir hərəkatdır və reallıqda bu hərəkatın hansısa bir binası, təşkilatçıları yoxdur. Bu hərəkat ictimaiyyətin içində bir prosesdir və buna görə, «qanunsuz qrupda üzv olmaq» ittihamının əsassız olduğunu söylədim. Mən hakimə eynən belə dedim ki, ittihama görə, hər kim ki, ana dili, mədəniyyəti və tarixi ilə bağlı hansısa bir fəaliyyəti var, demək bu hərəkata üzvdür. Sözün qısası, bu ittiham tamamilə əsassız idi.

- Apellyasiya məhkəməsi necə düşünürdü?

- Apellyasiya məhkəməsi, ilkin məhkəmədən fərqli olaraq, qanunsuz qrupa üzv olmaq ittihamını rədd edərək, milli fəallara yalnız «rejim əleyhinə təbliğat» ittihamını qəbul edir. Onlara İnqilab məhkəməsində verilən 5 il həbsi ləğv edərək, hərəsinə 1 bir il həbs cəzası verdi.

- Mətbuatda tez-tez həbs olunan fəallara «milli təhlükəsizliyi pozmaq» ittihamı irəli sürülür. Bu ittihamın qanunvericilikdə nədən ibarət olduğu deyə bilərsiniz?

- İslam Cəza Qanunvericiliyində belə bir ittiham var. Cəza Qanunvericiliyinə «daxili və xarici təhlükəsizliyi pozmaq» maddəsinin daxilində, bir bənd var ki, «rejim əleyhinə təbliğat» və «legitimsiz, qanunsuz qruplarda üzv olmaq, qanunsuz qruplar yaratmaq və s.» ittihamlar mövcuddur və hər ittihamın özünə məxsus bir cəzası var.
XS
SM
MD
LG