Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:34

Təbrizli jurnalist: «İranda hakimiyyət davası gedir»


«İndiki hadisələrdə əslində, kimin türk, kimin fars olmasının əhəmiyyəti yoxdur»
«İndiki hadisələrdə əslində, kimin türk, kimin fars olmasının əhəmiyyəti yoxdur»
Vaxtilə İran hakimiyyətinin bağladığı «Şəmsi Təbriz» qəzetinin redaktoru Əli Hamid İman İranda seçkidən sonra baş verənlərlə bağlı «Azadlıq» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:

- Sizcə İran bu böhrandan necə çıxacaq?

- Bunu demək çətindir. Çünki İranda əslində, hakimiyyət daxilində iki qrupun mübarizəsi gedir. Birinci qrupa İranın rəhbəri, prezidenti, ikinci qrupa isə keçmiş prezident Rəfsancani və indiki prezidentliyə namizədlər Musəvi və Kərrubi daxildirlər. İranda islahatçıları çox adam müdafiə edir, ancaq mənim fikrimcə, islahatçı-mühafizəkar məsələsi bu hakimiyyət davasında arxa yerdədir. İranda cəmiyyətin iki qütbünün mübarizəsi getmir.

- Niyə Tehranda, İsfahanda böyük nümayişlər olur, ancaq Musəvi azərbaycanlı ola-ola, Təbrizdə belə güclü nümayişlər yoxdur?

- İndiki hadisələrdə əslində, kimin türk, kimin fars olmasının əhəmiyyəti yoxdur. Burda düşünən çoxdur ki, bu, hakimiyyət davasıdır, ona görə qarışmaq istəmirlər. İslahatları, demokratiyanı müdafiə etmək başqa məsələ. Biz bunu müdafiə edirik.
XS
SM
MD
LG