Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 20:32

«Tarixə imza atanlar…»


«Bu ənənənin davamı olaraq Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2008-ci ildə mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi mövzusunda beynəlxalq forumun təşəbbüskarı oldu»
«Bu ənənənin davamı olaraq Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2008-ci ildə mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi mövzusunda beynəlxalq forumun təşəbbüskarı oldu»
Elin Süleymanovun bu məqaləsi «Huffington Post» qəzetində dərc olunub və sonradan «History News Network» tərəfindən təkrar yayılıb

Birləşmiş Ştatların aparıcı partiyalarının prezident seçkisinə öz namizədlərini müəyyənləşdirmək üçün keçirdikləri toplantıdan bir il keçdi. Bu, rəqabətli və qızğın prezident seçkilərinə indiki zamandan nəzər salanda məlum olur ki, həmin seçkini vacib və xüsusilə yaddaqalan edən amil namizədlərin müxtəlifliyi idi.

Amerika xalqı səhiyyə xidmətləri ilə bağlı islahatlar, zəifləmiş iqtisadiyyatı necə dirçəltmək və Əfqanıstanda siyasəti müəyyənləşdirmək istiqamətində müzakirələr aparırkən, biz də keçən ilki seçkinin əsl mahiyyətinə nəzər salaq.

QADIN LİDERLİYİNİN ƏHƏMİYYƏTLİ ROLU

Siyasi baxışlardan və fikirlərdən asılı olmayaraq, bu faktdır ki, keçən seçkidə Demokratların namizədi indiki afro-amerikalı prezident idi, Respublikaçılar isə vitse-prezident kürsüsündə bir qadını görmək istəyirdilər. Bu isə bütün dünya üçün vacib bir işarəni-simvolu özündə təcəssüm etdirir. Bu cür simvola gərək aşağı qiymət verilməsin, ya da üzərindən keçilməsin. Bütün hallarda siyasi kurs dəyişsə, yaxud illər keçdikcə unudulsa da bu güclü xalqın lideri kim ola bilər sualına baxışın dəyişməsi mütləq tarixə düşəcək.

Hətta bu gün də aydındır ki, 2008-ci və 2009-cu ilin siyasətinin ən görkəmli cəhəti qadın liderliyinin əhəmiyyətli roludur. Hillari Klintonun Ağ Evdə idarəçilik uğrunda mübarizəyə qoşulması, sonra isə onun Amerikada ən yüksək diplomat kürsüsünə təyinatı Amerikada qadınları siyasətə qoşulmaq və onu zənginləşdirmək üçün hərəkətə gətirdi.

Qadınlar nəhayət ki, Amerikanın siyasi proseslərində tamhüquqlu tərəfdaş oldular. Bu hal Amerikanın sərhədlərindən çox uzaqlarda da rezonans yaradır, çünki Birləşmiş Ştatların siyasi proseslərini bütün dünya diqqətlə izləyir. Bəziləri ona görə izləyir ki, Birləşmiş Ştatlar çox dövlətlərə təsir edə bilən qlobal güc mərkəzidir, bəzilərinin səbəbi budur ki, bu müxtəliflik seçkini daha maraqlı edir.

Azərbaycan xalqı üçün isə Obama hökumətində qadının mühüm yerinin, onun administrasiyasında yeddi qadının təmsil olunmasının daha çox əhəmiyyəti var. Çünki Azərbaycan bu yaxınlarda müsəlman dünyasında ilk parlamentli demokratik dövlət olan Xalq Cümhuriyyətinin yaranmasının 91 illiyini qeyd etdi, bu dövlət qadınlara da kişilərlə bərabər seçki hüququ vermişdi. Bununla da Azərbaycan fundamental prinsip olan bərabərliyi regiona və onun hüdudlarında kənara gətirən ilk dövlət olub.

BU, QLOBAL DANIŞIQLAR APARMAQ ÜÇÜN BÜNÖVRƏ OLA BİLƏR

Bu ənənənin davamı olaraq Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2008-ci ildə mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi mövzusunda beynəlxalq forumun təşəbbüskarı oldu. Bu tədbirin həmtəşkilatçıları olan BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) müxtəlif peşələrdən qadın liderləri, o cümlədən, Azərbaycan parlamentinin qadın üzvlərini Bakıda bir araya gətirdilər ki, onlar qadın liderlərin səsinin ucalmasından keçən qlobal anlaşmanı necə təbliğ etməyin yollarını müzakirə etsinlər.

Foruma qatılan qadınların Sara Palinin, Hillari Klintonun, Janet Napolitano, yoxsa Ketlin Sibeliusun siyasi baxışları ilə razı olub-olmadığını demək çətindir, amma onlar daha çox işgüzar ana olmağın çətinliklərini bölüşür və onların güclü liderlik qabiliyyətini yüksək qiymətləndirə bilərlər. Elə bu, tamamilə fərqli bir tonda qlobal danışıqlar aparmaq üçün bünövrə ola bilər.

Bu gün mən əmin deyiləm ki, 1918-ci ildə Azərbaycanda ilk seçicilərin siyasi mövqeyi necə idi və onlar nəyə səs verirdilər. Amma bir məsələ dəqiqdir ki, 90 il bundan əvvəl onlar şəxsən dəyişikliyə yol açmaqla tarixə imza atıblar. Təxminən bir əsr sonra bu hələ də çox şey deməkdir.

Elin Süleymanov Azərbaycanın Los-Anglesdə, Amerikanın Alyaska da daxil olmaqla 13 Qərb Ştatındakı ilk baş konsuludur.
XS
SM
MD
LG