Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:31

Məscid sökülməsi əleyhinə işçi qrup yaradılıb


Şeyxülislam Allahşükür Paşazadə də «Fatimeyi-Zəhra», həmçinin digər məscidlərin sökülməsinə qarşı çıxıb
Şeyxülislam Allahşükür Paşazadə də «Fatimeyi-Zəhra», həmçinin digər məscidlərin sökülməsinə qarşı çıxıb
Bir neçə ilahiyyatçı və din məsələlər üzrə ekspert Bakıda məscid sökülməsi əleyhinə işçi qrup yaradıb.

Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu AzadlıqRadiosuna bildirib ki, onlar paytaxtın Yeni Günəşli yaşayış massivində yerləşən «Fatimeyi-Zəhra» məscidinin sökülməsinin qarşısını almaq istəyirlər.

«Artıq 2 məscid sökülüb, 3-sü isə budur. Bizdə olan məlumata görə, məmurların əlində uzun bir siyahı var. 3-cü məscidin sökülməsinin qarşısını almaq istəyirik ki, bu proses dayansın».

İlqar İbrahimoğlu deyir ki, onlar məscidin sökülməsiylə bağlı yerli məhkəmənin qərarını təsdiqləyən Bakı İqtisad Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəklər.

Onun sözlərinə görə, işçi qrupu bir sıra aidiyyətli qurumlara da müraciət edəcək.

«Fatimeyi-Zəhra» məscidi 1996-1998-ci illərdə Suraxanı rayonuna aid Yeni Günəşli qəsəbəsində tikilib. 2002-ci ildə Bakı meriyası məscidin binasının sökülməsi qərarı verib, amma icra 5 il yubanıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də «Fatimeyi-Zəhra», həmçinin digər məscidlərin sökülməsinə qarşı çıxıb.
XS
SM
MD
LG