Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:32

İçərişəhərdə avtomobil yolları birtərəfli hərəkət sisteminə keçdi


Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAc-a bildiriblər ki, sentyabrın 1-dən avtomobillərin girişi yeni qaydalar əsasında olacaq.

Bu gündən İçərişəhərdəki bütün avtomobil yolları birtərəfli hərəkət sisteminə keçirilir. Əraziyə sərbəst giriş təkcə elektron kart əsasında İçərişəhərdə yaşayan və fəaliyyət göstərən rezidentlərə, həmçinin xüsusi nəqliyyat vasitələrinə (yanğından mühafizə, polis, təcili tibbi yardım və s.) şamil olunur. Ərazidə yerləşən kommersiya qurumlarına elektron kart ödənişli əsaslarla verilir.

Bütün digər nəqliyyat vasitələrinin sürücüləri qoruq ərazisində eyni vaxtda ola bilən avtomobillərin sayına qoyulan limit imkan verdiyi halda birdəfəlik bilet əsasında daxil ola biləcəklər.

Biletin qiyməti ərazidə olma müddətindən asılı olaraq birinci saata görə 2 manat, sonrakı hər saata görə isə 1 manat məbləğində müəyyən edilib.
XS
SM
MD
LG