Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:42

Gənc fəal həbs olundu


Ağasif Şakiroğlu (ortada) İsrail səfirliyi qarşısındakı etiraz aksiyasında, 19 yanvar 2009
Ağasif Şakiroğlu (ortada) İsrail səfirliyi qarşısındakı etiraz aksiyasında, 19 yanvar 2009
Avqustun 3-də Nərimanov rayon məhkəməsi «Hədəf» Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğlu haqqında bir aylıq həbs qətimkan tədbiri seçib. Bu haqda «Azadlıq» radiosuna gənc fəalın atası Şakir İbrahimov məlumat verib.

Hərbi xidmətdən yayınmaqda ittiham olunan və barəsində Cinayət Məcəlləsinin 321.1 maddəsiylə iş açılan Ağasif Şakiroğlunun vəkili Bəhruz Quliyev bu qərarı əsassız sayır. Və bu qərardan apelyasiya şikayəti verməyə hazırlaşır:

«Hakim qərarını onunla əsaslandırdı ki, Ağasif Şaikroğlu istintaqdan yayınıb, Nərimanov rayon prokurorluğunun çağırışlarına cavab verməyib. Əslindəsə, Ağasif Şakiroğluna rəsmi çağırış göndərilməyib. Sadəcə, telefonla istintaqa çağırılıb. Beləliklə də, ortada təqsirləndirilən şəxsin çağırışı almasını sübut edən sənəd yoxdur».

Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs iki ilə kimi azadlıqdan məhrum edilə bilər.

Ağasif Şakiroğlu isə bu ittihamı qondarma saydığını, dəfələrlə hərbi komissarlığa getsə də, əsgər aparılmadığını deyir. Onun sözlərinə görə, bu ittiham fəal gənclərin gözünü qorxutmaq üçün irəli sürülüb.

Nərimanov rayon prokurorluğundan isə deyirlər ki, bu ittihamın arxasında siyasi məqsəd durmur. Onlar sadəcə, hərbi komissarlığın Ağasif Şakiroğlunun hərbi xidmətdən yayınması ilə bağlı məlumatını araşdırırlar.
XS
SM
MD
LG