Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:36

Ramin Hüseynov prezidentin təhlükəsizlik xidmətində işləməyib?


GEN MMC tikinti şirkətinin direktoru Elbrus Əliyevin işiylə bağlı 33 yaşlı Ramin Hüseynov saxlanılıb
GEN MMC tikinti şirkətinin direktoru Elbrus Əliyevin işiylə bağlı 33 yaşlı Ramin Hüseynov saxlanılıb
Dələduzluqda ittiham olunan GEN MMC tikinti şirkətinin direktoru Elbrus Əliyevin işiylə bağlı 33 yaşlı Ramin Hüseynov saxlanılıb. Bu haqda «Azadlıq» radiosuna məlumatı Bakı Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Arif təsdiqləyib. Amma o bu şəxsin əvvəllər heç yerdə işləmədiyini, dələduzluqda ittiham olunduğunu deyir.

Amma GEN MMC-nin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Vidadi İsgəndərov israrla bildirir ki, Ramin Hüseynov bir il əvvələ kimi Prezident Administrasiyasının təhlükəsizlik xidmətinin əməkdaşı olub:

«Bunu müstəntiq də bilir, prokuror da. Sadəcə, bu işdə Prezident Administrasiyasının adının hallanmasını istəmirlər. Ona görə də belə deyirlər».

GEN MMC-nin rəhbəri Elbrus Əliyevsə məhkəmədə deyib ki, Ramin Hüseynov vasitəsilə Xətai rayon icra hakimiyyəti başçısına 90 min manat rüşvət verib.

Amma paytaxt polisinin sözçüsü Qalib Arif həmin şəxsin icra başçısına rüşvət verməkdə yox, dələduzluqda ittiham olunduğunu deyir:

«Ola bilsin Ramin Hüseynov dələduzluq edib, kiməsə nəsə deyib. Amma onun əvvəllər haradasa işlədiyi təsdiqlənmir. Üstəlik də Ramin Hüseynov GEN MMC-nin rəhbəri Elbrus Əliyevə qarşı dələduzluqda ittiham olunur. Ondan 100 min dollar alıb və qaytarmayıb». Qalib Arif Ramin Hüseynovla bağlı artıq həbs qətimkan tədbirinin seçilməli olduğunu da deyib.

GEN MMC tikinti şirkəti 377 nəfərdən pul alsa da, onlara mənzil verməyib. Bu şirkətin 20-dək əməkdaşı, o cümlədən rəhbəri Cinayət Məcəlləsinin 178.2.3 maddəsiylə, mütəşəkkil dəstə formalaşdırıb dələduzluq yolu ilə vətəndaşlardan külli miqdarda vəsait əldə etməkdə ittiham olunur.
XS
SM
MD
LG