Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:23

«Nabucco» ilə bağlı dövlətlərarası müqavilə imzalanır


Budapeştdə «Nabucco» sammiti, 27 yanvar 2009
Budapeştdə «Nabucco» sammiti, 27 yanvar 2009
İyulun 13-də Türkiyədə «Nabucco» kəməri üçün bir neçə ölkə arasında tranzit müqaviləsi imzalanır. Müqaviləni kəmərin keçdiyi Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya imzalayır.

Almaniya da kəmərin tərəfdaşlarından biridir. Türkiyənin Enerji naziri Taner Yıldız bildirib ki, istəsə Rusiya da bu kəmərə qoşula bilər.

Kəmərin 2015-ci ilədək işə düşəcəyi gözlənilir. Avropa Birliyinin məlumatına görə, layihəyə 8 milyard avro sərmayə sərf olunacaq. «Nabucco» kəmərinin uzunluğu 3.300 kilometr olacaq, Xəzər dənizindən başlayaraq Türkiyə, Bolqarıstan, Rumıniya və Macarıstandan keçməklə Avstriyaya ötürüləcək.

Türkiyənin Enerji naziri Taner Yıldız bildirib ki, ölkəsi «Nabucco» kəməri ilə nəql olunacaq qazın 15%-ni almaq tələbindən geri çəkilib.
XS
SM
MD
LG