Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:56

Ombudsman Aparatı gənclərin həbsində pozuntular aşkarlayıb


Döyülən gənclər 48 saatlığa həbs olunub
Döyülən gənclər 48 saatlığa həbs olunub
Ombudsman Elmira Süleymanova iyunun 9-da «Alumni Network» Gənclər Şəbəkəsinin nümayəndəsi Emin Milli və «Ol» Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadənin iki naməlum şəxs tərəfindən zorakılığa məruz qalması barədə məlumat alıb. Həmin gün Ombudsman Aparatının əməkdaşları Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan Səbail Rayon Polis İdarəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş Hacızadə Adnan Hikmət oğlu və Abdullayev Emin Paşa oğlu (Emin Milli) ilə görüşüblər».

Ombudsman Aparatının saytında yerləşdirilmiş məlumatda belə deyilir.

Məlumatda deyilir ki, görüş zamanı saxlanılanlar iyulun 8-də saat 19 radələrində Səbail rayonu ərazisində yerləşən «Lebanes» restoranında olarkən tanımadıqları şəxslərin hücumuna məruz qalaraq döyüldüklərini və nəticədə baş nahiyələrindən xəsarət aldıqlarını bildiriblər:

«Onlar hadisə ilə bağlı Səbayel RPİ-nin 9-cu Polis Bölməsinə müraciət etdiklərini, lakin araşdırmadan sonra onların şübhəli şəxs qismində cəlb edilərək Xətai MST-nə aparıldıqlarını, digər şəxslərin isə zərərçəkmiş şəxs qismində cəlb edilərək sərbəst buraxıldıqlarını bildiriblər. Sənədlərlə tanışlıq zamanı müəyyən olunub ki, onların barəsində tərtib olunmuş şübhəli şəxsin tutulmasına dair protokollarda saxlanılanların əvvəllər dəfələrlə məhkum olunduqları qeyd edilib (özləri isə əvvəllər məhkum olduqlarını təkzib ediblər), tutma protokollarının surəti onlara təqdim edilməyib. Saxlanılanlar xəsarət almalarına baxmayaq, onlara lazımi tibbi yardımın göstərilmədiyini bildiriblər».

Məlumatda deyilir ki, ombudsman dərhal Daxili İşlər nazirinə və Baş prokurora müraciət edərək adları çəkilən şəxslərin barəsində başlanmış cinayət işinin istintaqının obyektiv aparılmasının nəzarətə götürülməsini, saxlanmanın qanuniliyinin yoxlanılmasını, onlara qarşı zorakılığa yol vermiş şəxslərin müəyyənləşdirilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmasını, məhkəməyədək məsələnin barışıq yolu ilə həll edilməsinin mümkünlüyünün nəzərdən keçirilməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.
XS
SM
MD
LG